Kiçik sinəli xanımlar kişilərin xoşuna gəlirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 489
Səs ver:
(səs: 2)
Kiçik sinə – çox mübahisəli bir məqamdır. Bəzi xanımlar hesab edir ki, kiçik ölçülü sinəsi kişilərin gözündə çox cazibədar görünür. Digərləri isə hesab edir ki, kişilərin diqqətini cəlb etmək üçün ən azı 4 ölçülü sinəyə malik olmaq lazımdır. Kişilərin fəth edilməsində hər bir şey əhəmiyyətlidir: həm geyim tərzi, həm düzgün ayaqqabı seçimi, həm ünsiyyət. Bu koordinatlar sistemində sinə birinci yerlərdən birini tutur.
Kiçik sinəsi olan qadın özünü əsl istehkamçı kimi hiss edir. Çünki kiçik boyu hündür dabanayaqqabılarla maskalamaq, xarici görünüşün nöqsanlarını isə makiyajla gizlətmək olur. Amma kiçik sinə ilə heç nə etmək olmaz…
Mütəxəssislər isə inandırır ki, kiçik sinəsi ola xanımlar heç nədən utanmamalıdır. Keçirilmiş sorğulara əsasən aydın oldu ki, kişilərin yarısından çoxu məhz kiçik sinəsi olan xanımlara üstünlük verir. İlk növbədə kişiləri toxunmaqla duyulan hisslər cəlb edir və onlar məhz kiçik sinəyə toxunaraq həzz alırlar.
 
Kiçik sinənin üstünlükləri və çatışmazlıqları
Çatışmazlıq kimi adətən dekolte libaslarda kiçik sinənin yaxşı görünmədiyi qeyd olunur. Lakin narahat olmağa dəyməz. Müasir alt paltarı istehsalçıları bu problemin həllini taparaq "push-up” formalı alt geyimləri ixtira ediblər. Bu modellər hətta ən kiçik sinəni cəzbedici formaya sala bilir.
Kiçik sinənin bütün çatışmazlıqları bununla da bitir və yalnız üstünlükləri qalır. Kiçik sinənin əsas üstünlüklərindən biri odur ki, insan yaşlandıqca o iri sinədən daha az sallanmağa başlayır. Məsələ ondadır ki, kiçik sinənin vəzi toxumaları daha kiçik və yüngül olduğu üçün dərini çox dartmır.
 
Kiçik sinəsi olan xanımlar alt geyimindən istifadə etməsələr də olar
Kiçik sinə xüsusilə sekslə məşğuliyyətlər zamanı cazibədar olur. O iri sinədən daha həssas olur, çünki daha kiçik sahədə də eyni miqdarda əsəb sonluqları yerləşir.
 
Kiçik sinəsi olan xanımlara qaçmaq və qarın üstündə yatmaq çox rahatdır
Bundan başqa kiçik sinəli xanımlar daha sağlam olurlar. Bu onunla bağlıdır ki, belə qadınlarda xərçəng və döşgəlmə inkişafının riski aşağı olur.
 
Kiçik sinəyə necə qulluq etmək lazımdır?
İlk növbədə düzgün alt geyimi seçiminə diqqət edin. Nazik ipli gözəl krujevalı alt geyimlərinə üstünlük verə bilərsiniz. Lakin bu zaman diqqət edin ki, o sizi heç yerdən sıxmasın.
 
Komplekslərlə necə mübarizə aparmaq olar?
İlk növbədə onu bilin ki, kişi qadını onun bədəni, fikirləri, ürəyi ilə birlikdə sevir. Buna görə sizi sevən insan ümumiyyətlə sizin bədən qüsurlarınıza diqqət etməyəcək.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri