Alkoqolun kişilərə təsiri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 682
Paylaş:
Səs ver:
(səs: 1)
Bəzən elə olur ki, tanışlıq vaxt bizə kifayət qədər xoş görünən kişi, münasibətlərin inkişafı müddətində tamamilə başqa insana "çevrilir”.
Onun kim olduğunu müəyyənləşdirmək üçün siz sadəcə onun spirtli içki olan qonaqlıqda özünü necə apardığına diqqət edin.
Alkoqol əksər hallarda bizi təhkimlilikdən azad edir və biz olduğumuz kimi görünməyə başlayırıq. İnsanın gizlətmək istədiyi bir çox xüsusiyyətləri üzə çıxır. Söhbət təbii ki, spirtli içkinin bol olduğu yerdən, yəni ad günləri, toy şənlikləri və digər banketlərdən gedir.
1-2 qədəh içki qəbul etmiş kişi ünsiyyətcil olur, öz həyatından müxtəlif hekayələrlə paylaşır, lovğalanır və ətrafdakılarda təəssürat yaratmaq istəyir.
Bu halda əgər o "sərhədləri keçib” qeyri-normal heç nə etmirsə, onda demək olar ki, sizin qarşınızda kişilər üçün tipik davranışa malik bir insan dayanıb və siz onunla münasibətyaratmağa cəhd edə bilərsiniz.
O seksual yaxınlığa meylli olur. Bəzən hər kəsin gözü qarşısında o öz istəyini bildirmək üçün sizə və ya digər qadınlara açıq-aydın diqqət nişanı verir, "əl atmağa” başlayır və s.
Bu çox yaxşı əlamət deyil. Əgər kişi öz seksual meylinə nəzarət etmək vəziyyətində deyilsə, bu zaman hətta evləndikdən sonra onun sizi tərk edib digər qadınlarla intim əlaqədə olmasına heç bir zəmanət yoxdur.
Sərxoş vəziyyətdə kişi təcavüzkar olur, daim mübahisə edir, hər sözə ilişməyə başlayır.
İstisna deyil ki, belə kişi sadəcə özünü idarə edə bilmir. Ola bilsin ki, aqressiya daim onun daxilində olur və birgə həyat vaxtı bu hökmən özünü büruzə verəcək.
Bir balaca içdikdən sonra, o həmsöhbətlərindən biri ilə dalaşmağa başlayır.
Prinsip etibarilə, dalaşqan insan yaxşı insan da ola bilər, amma sizə belə bir həyat yoldaşının lazım olub olmaması haqqında düşünün.
İçdikdən sonra o passivləşir və depressiyaya düşür, masa arxasında söhbət etmir və onun bütün görünüşü onun narahat olmasını bildirir.
Bu kişinin gizli problemlərinə və ya komplekslərinə şahidlik edə bilər. Spirtli içkinin təsiri altında insanın dünyası qara rəngə boyanır və onu heç bir şey sevindirmir.
Problemli insanla həyat çətin ki, sizə həzz versin. Hərçənd ki, belə davranış hələ kişi haqqında tam fikir formalaşdırmağa o qədər də uyğun deyil. Bu halda siz onun problemlərini aydınlaşdırıb vəziyyəti daha yaxşı istiqamətə çevirə bilərsiniz.
Kişi az içir və ya ümumiyyətlə içmir.
Əgər bu sağlamlıq vəziyyəti ilə bağlı deyilsə, bu zaman ehtimal ki, sizin partnyorunuz özü üzərində nəzarəti itirməyə qorxur. Ya onun keçmişdə alkoqolla bağlı problemləri olub, ya da ki, onun içində gizlətdiyi bir şeylər var. Bu halda siz onu yaxından tanımaq üçün digər variantlar axtarmalı olacaqsınız.
Əlbəttə, hətta əgər kişi alkoqolu normal qəbul edirsə, bu hələ onun yaxşı həyat yoldaşı və ya yaxşı ata olacağını bildirmir. Lakin seçim zamanı siz bu göstəricilərdən ilkin meyar kimi istifadə edə bilərsiniz.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 682
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv