"Sənə zəng edəcəyəm”
Əslində demək istədiyi: "Sənə zəng edə bilərəm”.
Kişilərin
tez-tez müraciət etdikləri yalanlardan biridir. Əgər sizi
axtarmayacaqsa bunu açıqca söyləyərək sizi qırmaq istəmədiyindəndir.
Xanımlar, elə isə telefon başında daha çox gözləməyi buraxın və
həyatınızı yaşayın!
"Axtaracağam” dedikdən sonrakı bir neçə gün
içində telefonunuz zəng çalmırsa, gözlədiyiniz zəng heç bir zaman
reallaşmayacaq deməkdir.
"Sevişmək istədiyimdən deyil, burada birlikdə bir az uzanaq istəyirəm”
Əslində
söyləmək istədiyi: "Səninlə sevişmək istəməsəm onsuz da burda olmazdım.
Niyyətim, birlikdə uzanaraq, seksi başlatmaq üçün bir şans
yaratmaqdır”.
Birlikdə eyni yatağa uzandığı qadınla seks etmək hansı
kişinin ağılından keçməz ki! Bu çox istəksiz göründüyünüz zamanlarda
sizi seksə məcbur etmək yerinə, daha istəkli olmanız üçün işi
asanlaşdıracaq bir üsuldur. Bir kişi sizə belə söyləyirsə, izləyin və
görün: Qırmızı işıqlarınız yaşıla döndüyündə fürsəti qaçırmayacaq və
"matçı”dərhal başladacaq.
"Bu indiyə qədər yaşadığıç ən gözəl seks idi”
Əslində demək istədiyi: "Yaxşı sevişmə idi”.
Bu
ilk sevişməsi deyilsə, ya da yaddaşın çox gözəl olsa da, bir kişi heç
bir zaman indiyə qədər yaşadığı sevişmələrin detallarını xatırlaya
bilməz. Amma bu yalanı bir kompliment olaraq qəbul edə bilərsiniz.
Bu bir sonrakı sevişməyə sizi təşviq etmək üçün seçilmiş yoldur.
"Evli deyiləm”
Əslində söyləmək istədiyi: "Evliyəm amma özümü arvadıma həsr etmiş vəziyyətdə deyiləm”
Bir
çox kişi kağız üzərində evliykən subaymış kimi davranmaqdan və subay
həyatı yaşamaqdan zövq alır. Bəli, bəzən həqiqətən də
evliliyi sevgi dolu deyil, bəlkə də bitmə nöqtəsindədir. Amma evdə onu
gözləyən və ona bağlı olan arvadı olan kişilər də, çox təəssüf ki,
macəraya atılmaqdan çəkinməyə bilirlər. Bu vəziyyətdə inanmanız lazım
olan, instinktlərinizdir. Əgər instinktləriniz sizə onun evli ola
biləcəyini söyləyirsə, ondan uzaqlaşın.
"Problem sən deyilsən, mənəm”
Əslində söyləmək istədiyi: "Problem tamamilə sənsən, amma bunu söyləyə bilmirəm”
Bir
kişinin ən böyük kabusu bir qadından ayrılmaqdır. Buna görə kişilər
qadınları gözyaşı altında saxlayacaq sözləri söyləməkdən çəkinirlər.
Bu sözün başqa bir versiyası, "Mənim üçün sən çox yaxşısan” ya da "Mən sənə layiq deyiləm”dir.
"Bunu daha əvvəl heç kimə demədim”
Əslində demək istədiyi: "Bunu sənə daha əvvəl heç deməmişəm”.
Bir
kişi üçün etiraf etmək çox adi bir şey deyil. Bu, hər kəs tərəfindən
bilinən bir gerçək olduğuna görə bir qadına, yalnız "ona” açıqlayırmış
təəssüratı vermək, qadının ürəyini qazanmanın ən sürətli yoludur. Bu
şərh qadına "seçilmiş” tək adam, ən "xüsusi” qadın olduğu hissini verir.
Xanımlar, buna diqqət edin! Bu yalana aldanmanız bir kişinin ovucunun
içinə düşməniz deməkdir.
"Ailəni sevirəm”
Əslində söyləmək istədiyi: "Onların öhdəsindən gələ bilərəm”
Ağıllı
bir kişi, ana və atasıyla yaxşı əlaqəsi olan bir qadınla birlikdəykən
ailəsi haqqında nələr söyləməsi lazım olduğu barəsində iki dəfə düşünər.
Çünki ailəsinə bağlı olan bir qadının ürəyini fəth etmək üçün yaxşı bir
üsuldur. "Atasının qızı” ya da "anasının bir dənəciyi” üçün edilə
biləcək ən yaxşı kompliment, nə qədər gözəl bir ailəyə sahib olduğunu
söyləməkdir. Reallığda elə düşünməsə də… Bu, bir-birinə bağlı bir
ailənin öhdəsindən gəlməyin və ailəyə qəbul edilmənin ən ağıllı yoludur.
"Xeyr, o qadınla heç bir zaman əlaqəm olmayıb”
Əslində söyləmək istədiyi: "Bəli, onunla münasibətim olub amma bunu sənə söyləsəm dəliyə dönərsən”
Kişilərin
əvvəlki münasibətləri haqqında məlumat vermək istəmədiklərində, tez-tez
müraciət etdikləri bir yalandır bu. Çünki arxasından gələcək qaçınılmaz
suallarla üzləşməkdən qorxarlar. Nələrdir o suallar desəniz, nümunə
verək: Yataqda məndən daha mı yaxşı idi? Məndən daha mı gözəldi? Bəzən
onu düşünürsən mi? Ona qarşı hələ bir şeylər hiss edirsən mi?
Ayrıldıqdan sonra heç görüşdünüz mü? Ayrılmağı sən istədin, yoxsa o?
Niyə ayrıldınız?…