Saçlarımız haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 031
Səs ver:
(səs: 0)
Son zamanlar qəbul etdiyimiz qidalar, keçirdiyimiz əsəb və stresslərdən bir çox insalarda saç tökülmə halları baş verir bu da insanlara psixoloji problemlər yaradır. Qadınlar.biz saç tökülmə səbəblərini sizin diqqətinizə çatdırır. 

Aparılan araşdırmalara görə, hər 10 nəfərdən yeddisinin saçları tökülür. Üç nəfərdən biri isə saç əkdirmək üçün müraciət edir. Saç tökülməsi kişilərdə ciddi şəkildə özünə inamı itirir.

Saç tökülməsi kişilərdə və qadınlarda müxtəlif səbəblərə malikdir. Sağlam saç gündə ortalama 50-100 tel arasında tökülür. Həddindən artıq saç tökülməsi hallarında isə bu say artır. Daraqlarımızda həddindən artıq saç yığıldığını gördükdə, saçımızın təhlükəli hal aldığını anlamalıyıq. Saç tökülməsinin bir çox səbəbi var. Qadınlarda hormonal problemlər, qansızlıq, vitamin və mineral çatışmamazlığı, hamiləlik-doğum, həddən artıq riskli pəhrizlərlə əlaqədar zülal çatışmazlığı, spirt və siqaret qəbul etmələri və stress səbəbindən saçlarda tökülmə baş verir.

Tökülən saçlar
Kişilərdə saç tökülməsinin tibbi adı androgenetik alopecia adlanır. Ümumiyyətlə, kişilərdə saç əvvəl qırılmağa başlayır daha sonra seyrəlməyə doğru gedir və saçın üst hissəsi tökülür. Qadınlarda isə hər bölgədən tökülmə eyni anda baş verir. Kişilərdə saç tökülməsi 17 yaşından başlayır. Saç tökülməsi insanda psixoloji olaraq problemlər yaradır. Saç əkilməsindən sonra isə tam fərqli, olaraq yeni görünüşə qovuşan xəstələrin özünə inamları daha da artır. Mütəxəssislər qeyd edirlə ki, xəstələr saç əkdirdikdən sonra siqareti tərgizir və daha sağlam görünmək üçün idmana başlayır. Həm fiziki olaraq, həm də psixoloji olaraq özlərini daha yaxşı hiss edirlər, ictimai həyatları daha da hərəkətli olur.

Saç əkim diqanozu
Kişilərdə saç tökülməsinin tək həlli saç əkilməsidir. Bir çox ölkələrdə hər üç kişidən biri saç əkdirmə əməliyyatına müraciət edir. Necə ki dişsiz həyatlarını təsəvvür edə bilmirlər həmçinin saçsız da həyat maraqsız görünür. Son illərdə inkişaf edən saç əkim texnologiyaları ilə əkim əməliyyatından sonrası təbii saç görünüşünə qovuşmaq mümkün olur. Bu da saç əkimi mərkəzlərinə olan marağı artırır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri