Kişi sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 453
Səs ver:
(səs: 1)
Amerikalı bədən dili mütəxəssisi Patti Vud bir qadın jurnalına verdiyi açıqlamada kişilərin bəzən fərqinə varmadan bədən dili ilə qarşısındakı qadına bəzi şeylər dediyini bildirib. Vud çox rast gəlinən bəzi hərəkətlər haqqında bunları deyib: "Kiminsə gözünün içinə çox diqqətlə 5 saniyədən artıq baxmaq olmur. Gözünün içinə diqqətlə 5 saniyədən artıq baxırlarsa, deməli, sizinlə maraqlanırlar. Bir kafedə oturmusunuz və qarşınızdakı kişi xəfif gülümsəmədən sonra başını yana əyirsə, bu, onun sizinlə maraqlanmağının göstəricisidir”.

Patti Vud deyir ki, kişilərin içdən gülümsəməsi sifətin bütün əzələlərinin hərəkəti ilə baş verir. Təbəssüm saxtadırsa, kişinin sifətinin bir hissəsi başqa şey deyir, o biri hissəsi isə tamam başqa. Bir sözlə, siz kişinin sifətinə diqqət yetirməklə onun səmimi olub-olmadığını sezə bilərsiniz.

Patti Vud, kişilərin oturmaq tərzi ilə bağlı da maraqlı fikirlər səsləndirir: "Əgər bir kişi əyləşərkən barmaqlarını tərpədirsə, bu o deməkdir ki, həmin kişi özünə güvənmir. Ondan xoşunuz gəldiyini bilməyə ehtiyacı var”.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri