Kişilər daha çox nəyi istəyir?

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 4 036
Səs ver:
(səs: 1)
Bəzən bilərək və ya bilməyərək etdiyiniz kiçik şeylər, onun üzünü güldürməyə yetər. Amma sözünü etdiyimiz yalnız dəstəkli bir büsthalter geymək kimi sadə və təxmin etdiyiniz şeylər deyil. 

Baxın kişilər ən çox nələri istəyirlər?

Bəzənərkən sizi seyr etməyi 
Saç maşası və ya kirpik qaldıranı, kişilərə işgəncə alətləri kimi gələ bilər amma yenə də bəzənərkən sizi seyr etmək onları ovsunlayar. "aynanın qarşısında üzərində dəsmalla dayanmış, makiyaj edən bir qadını seyr etmək gözəldir" deyir kişilərin bir çoxu.

Bunun ən əhəmiyyətli qisimi isə bizə gözəl görünmək üçün dözəcəklərinizi görməkdir. Bir də sizin xüsusinizə girə bilmək, hadisəni daha da maraqlı edər. 

Yaraşıqlı bir kişi olduğunu sizdən eşitməyi 
Gözəl görünmək sizi xoşbəxt edir, amma kişi partneriniz bunu ancaq ağızınızdan eşitdiyi zaman hiss edə bilir. Ona kompliment deyərək, fiziki xüsusiyyətlərinin fərqinə varmasını təmin edin. Bunun üçün qol əzələlərinə toxuna bilər və ya gözlərinə iltifat edə bilərsiniz.

Səssizliyin dadına çatmağı 
Səssiz qaldıqlarında, kədərli ya da kefsiz olduqlarından deyil, yalnız o anın dadını çıxarmaqda olduqlarından elə davrana bilərlər. Bunda müzakirə edəcək bir şey yoxdur! Bunu belə qəbul etsəniz siz də daha rahat və xoşbəxt olarsınız.
Bir dahaki səfərə, belə bir səssizliyə reaksiya verəcəyiniz anda, bir an durun və məsələn sevimli serialınızın son hissəsində nələr olduğunu düşünün. Səssiz qalmaq münasibətdə nə qədər rahat olduğunuzu göstərəcək

Təkliflərini dinləməyi 
İşinizlə əlaqədar dərdlərinizi və ya ana- atanızla aranızda keçənləri izah etdiyiniz zaman, dinləmələri lazım olduğunun fərqində olan kişilər yenə də bir çox problemə həll gətirə biləcəklərinə inanırlar.
Ona görə siz, bir dərdinizi izah edərkən sizə təkliflər edin və onların təkliflərini dinlədiyinizdə, onlara etibar etdiyinizi və söylədiklərinin sizin üçün bir şeylər ifadə etdiyini görmək istəyərlər.

Kişilərin "kaş ki bunları daha az etsələr" dedikləri
• Gözəl görünməmizi istəsələr də bir dondurma yeməyə çıxarkən belə hazırlanmamızın 45 dəqiqə davam etməsindən nifrət edirlər.
• Dekolte paltarlar! Üzərimizdə paltarlarımız varkən hər şeyi görə bilir olmaq, çılpaq görmə xəyal və istəklərini itirmələrinə səbəb olur.
• Seksual olmaq üçün çox çalışan qızlardan xoşlanmırlar. Kişilər sadə varlıqlardır və onları yataqda təmin etmək üçün çox şeyə ehtiyac yoxdur əslində.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri