Kişi zəifdirsə, nə etməli: boşanmalı, yoxsa...?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 579
Səs ver:
(səs: 0)
Cinsi hisslərin zəifliyi, cinsi istəksizlik bir çox hallarda insanları narahat edir. Hisslərin zəif olması, partnyorların bir-birini qane etməməsi bəzən ailələrin dağılmasına da səbəb olur. İstər kişi olsun, istərsə də qadın - hisslərin ən alisini yaşamaq istəyində olduğu üçün həyat yoldaşı ilə bu hisslərin uyumsuzluğu münasibətlərin pozulması ilə nəticələnir. Cinsi zəifliyi intimpatoloqlar cinsi xəstəliklərlə əlaqələndirsələr də, bunun psixoloji cəhətləri də mövcuddur.

"Cəmiyyətin cinsi xəstəliklərdən qorumaq üçün intimual tərbiyə olmalıdır"

Həkim-androloq-intimapotloq Kamil Bəxşəliyevin fikrincə, avropalaşma Azərbaycan gənclərinə çox böyük mənfi təsir göstərir. Belə ki, gənclərimiz xarici telekanallara, intimosaytlara baxaraq "tərbiyə"lənirlər. "Gənclər translara, lesbiyanlara baxıb, özləri həmin hissləri yaşamağa can atırlar. Mənim fikrimcə, bu, xəstəlik olmaqla yanaşı, həm də tərbiyə pozğunluğudur. Yəni xarici qüvvələrin insan beyninə mənfi təsirinin təzahürüdür. İctimai qınağa önəm verməyən ailələrdə bu hallara daha çox təsadüf olunur. Gənclər intim video çarxları bir-birinə ötürür, maraq xatirinə həmin hissləri yoxlamağa da cəhd edirlər. Cəmiyyətin cinsi xəstəliklərdən qorumaq üçün intimual tərbiyə olmalıdır", - K.Baxşəliyev dedi.

Onun sözlərinə görə, insanların cinsi xəstəliklərə bulaşması intimual maarifləndirmənin zəif olmasından irəli gəlir: "Mən hər zaman xəstələrimə qoruyuculardan istifadə etməyi məsləhət görürüəm. Onlarla söhbət zamanı məlum olur ki, insanların böyük bir qismi qoruyculardan istifadə etmir. Bəziləri utandıqları, bəziləri narahat olduqları üçün qoruyuculara üstünlük vermirlər. Amma Avropa məktəblərində uşaqlara bu barədə məlumat verilir, qoruyucular göstərilir, istifadə qaydaları başa salınır. Amma Azərbaycan gənclərinin çoxu qoruyucunun nə olduğunu bilmirlər. Bir həkim kimi deyə bilərəm ki, "qoruyucu" lar dərman kimi bir şeydir. Onu alarkən utanmaq, çəkinmək lazım deyil".

Erkən boşalma zamanı nə etməli?

Həmsöhbətimizin sözlərinə görə, cinsi yolla yayılan infeksiyalar qonoreya, trixomonoz infeksiyaları hər iki cinsin nümayənədələrində özünü kəskin formada göstərən infeksiyalardır. Herpes, xlamida və bir neçə cinsi yolla yayılan xəstəliklər var ki, onlar gizlin surətdə inkişaf edir.

"Bu xəstəliklər zamanı xəstələrdə müəyyən disfunksiyalar yaranır. Xəstəliklər kişilərdə cinsi əlaqə zamanı erkən boşalma, gecələr tez-tez sidiyə qalxma, sidik şırnağının haçalanması, sidiyə getmə zamanı qıcıqlanma ilə özünü hiss etdirir. Bəzi xəstələrdə sidiyə getmə zamanı tam boşalmama hissi də cinsi xəstəliklərin əlamətlərindəndir. Cinsi xəstəliklər cinsi zəifliyə, oritrit, prostatit, cinsi orqanların iltihablanmasına səbəb olduğu üçün qıcıqlanma hissi yaranır. Xəstələrin müayinəsi zamanı speqrammanın götürülməsi vacibdir. Qeyd etmək istəyirəm ki, speqramma 2 həftə ara ilə 2 dəfə götürülməlidir. Speqrammada, hormonlarda olan dəyişikliyi həkim 2 həftə ərzində bilə bilər", - K.Baxşəliyev söylədi.

Qadınlarda da cinsi xəstəliklər özünü qıcıqlanma, qaşınma, iltihablanma ilə göstərir. Onu da qeyd edim ki, bu infeksiyalar vaxtında aradan qaldırımasa, sonsuzluğa, uşağın ölü doğlumasına, düşmə hallarına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, cinsi xəstəliklər sonsuzluqda 8 faizə qədər rol oynayır.

Evlənməzdən əvvəl müayinə və müalicə lazımdır

Sonsuzluğun müəyyən qədər qarşısını almaq üçün bütün gənclər toyqabağı müayinələrdən keçmələri məsləhətdir. Çünki pryatizm, pyoroni kimi cinsi xəstəliklər özünü həddən artıq qəribə formada biruzə verir.

K.Baxşəliyevin dediyinə görə, bu yaxınlarda evlilik gecəsi və sonrası cinsi əlaqəyə girə bilməyən bir cütlük ona müraciət edib. Müayinələr zamanı məlum olub ki, cinsi orqanın kökündə fibrozlaşma baş verib. Bu da əlaqənin alınmamasına səbəb olur. Bu cür xəstələrə bəzən təcili əməliyyat da edilir. Bu xəstəlik ən çox anemiya xəstəliyinin ağır formasından əziyyət çəkən adamlarda baş verir.

Cinsi xəstəliklər kişilərdə cinsi istəksizliyə də səbəb ola bilər. Amma bu psixoloji probemlərdən də yarana bilər. İyrənmə, yorğunluq, gərgin iş rejimi də cinsi istəksizliyə yol aça bilər.

Yorğunluq ailə həyatını poza bilər

Psixoloqların fikrincə, işgüzar insanlarda daha çox cinsi istəksizlik yarana bilər. Çünki daim fiziki və psixiki yorulan insanlarda cinsi hisslər sönməyə başlayır. Bu səbəbdən də kişilərdə özünə inam hissi itir. Belə insanlarda impotensiya zəifləyir.
Psxoloq Aydın Əfəndiyev hesab edir ki, iş adamları lazımi qədər istirahət edə bilmədikləri üçün cinsi əlaqə vaxt ayıra bilmirlər. Bu zaman hormonal səviyyədə istəklərn sıxıntısı başlayır. "Bədəndə interferonun səviyyəsi azaldığına görə hisslər yox olur. Bir şeyi unutmayın ki, cinsi hisslər də iştah kimi bir şeydir. Yəni, insan yemək yemədikcə iştahsız olduğu təki, cinsi həyatda da eyni hal təkrarlanır, cinsi əlaqədən uzaq olduqca hisslər ölür. intimdə uğur əldə etmək üçün idman kimi məşq etmək lazımdır. Qadınlar da çalışmalıdırlar ki, belə hallarda kişilərə gülüb, onları ələ salmasınlar. Həyat yoldaşınızda cinsi zəiflik varsa və bunu psixoloji problemlərlə bağlayırsa, onu başa düşməyə çalışın. Belə problemlərə görə ailə dağıtmağa dəyməz", - deyən psixoloq kişilərdə cinsi həvəsin yüksəldilməsinin qadınlardan aslı olduğunu bildirdi.

Həqiqətən də, əgər ailələrdə belə bir problem yaşanırsa, ilk öncə həkimlərə, daha sonra isə psixoloqlara müraciət etmək lazımdır. Psixoloqun qeyd etdiyi kimi, bu problemi aradan qaldırmaq qadınlardan aslıdır. Əgər həyat yoldaşınızı sevirsinizsə, ayrılıq qərarı vermədən öncə psixoloqlarla görüşün.
 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri