Kişilərin sizi səhv başa düşməsinə icazə verməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 417
Səs ver:
(səs: 1)
Kişilərin sizi səhv başa düşməsinə icazə verməyin

Flirti minimuma endirin
Bəzi qadınlar təbii flirt etmə xüşusiyyətinə malikdirlər və əllərində olmadan qarşısındakı kişiyə təsir göstərirlər. Bunda səhv və ya pis bir şey yoxdur amma bəzilərini bu davranışlar narahat edə bilər ya da qarşınızdakı adamlara istəmədiyiniz siqnallar göndərə bilərsiniz. Bunu aradan qaldırmaq üçün flirt hərəkətlərinizi minimuma endirməli və lazım olanda özünüzü tutmalısınız.
 
Fiziki təmasdan çəkinin
Kişilər fiziki təmasa güclü bir şəkildə cavab verirlər. Bu səbəblə birinə sarılarkən, kürəyini sığallayarkən iki dəfə düşünməlisiniz. Sizə görə bu hərəkət zərərsiz ola bilər amma qarşınızdakının bundan necə bir məna çıxaracağını bilməzsiniz.
 
Xüsusi maraq göstərməyin
Qarşınızdakı adamın sizi səhv başa düşməməsini istəyirsinizsə, ona da eynilə digər hər kəsə davrandığınız kimi davranın. Ona əlavə vaxt ayırmayın, başqaları ilə də eyni şəkildə danışın.
 
Çox yaxşı olmaqdan çəkinin
Həddindən artıq yaxşı davranmaq kişilərin sizi səhv başa düşmələrinə səbəb ola bilər. Biri ilə danışarkən nə çox kobud, nə də çox yaxşı davranın, ortasını tapmaq ən yaxşısıdır.
 
Onu dost olaraq gördüyünüzü bilsin
Bəzən qarşınızdakı insanın romantik düşüncələri onu sadəcə dost olaraq gördüyünüz həqiqətini gözdən qaçırmasına səbəb ola bilər. Siz buna mane olun, onu sadəcə dost kimi gördüyünüzü bilməsini təmin edin. Bunu ona birbaşa deyə bilər (dostluğun mənim üçün çox əhəmiyyətlidir), ya da hərəkətlərinizlə göstərə bilərsiniz. Beləliklə qarşınızdakı adamın başqa xəyallar qurub, qəlbinin qırılmasının qarşısını almış olarsınız.
 
Daimi ünsiyyətdən çəkinin
Daim məktublaşmaq, telefonda danışmaq, görüşmək qarşınızdakına yanlış siqnallar göndərəcək. Belə bir vəziyyətdən qaçmaq üçün onunla olan ünsiyyətinizi müəyyən limitdə tutun.
 
Tək görüşməkdən çəkinin
Sadəcə dost olduğunuzu düşündüyünüz birisi ilə tək görüşmək ona yanlış siqnallar verməyinizə səbəb olur. Birlikdə keçirdiyiniz vaxtlarda dost qruplarınız içində olun. Bir şey hiss etmədiyiniz insana boşuna ümid verib qəlbini qırmayın! Unutmayın, bu sizin də başınıza gələ bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri