Saqqal haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 320
Səs ver:
(səs: 1)
Saqqalın elmi olaraq sübut edilmiş faydaları olduğunu bilirdinizmi? İlk əvvəl onu deyək ki, aparılan araşdırmalar nəticəsində qadınlar, saqqallı kişiləri daha çox bəyənirlər. Bununla yanaşı saqqalın sağlamlıq üçün  bir çox faydası var. Onlardan bir neçəsini sizə təqdim edirik.

Dəri xərçənginin qarşısını alır.
Southern Queensland Universiteti tərəfindən aparılan araşdırma saqqalın zərərli şüalara 95 faiz nisbətində maneə törətdiyini aşkarlayıb. Saqqal sayəsində daha az şüaya məruz qalan dəridə xərçəng riski azalır.
 
Dəri daha gec yaşlanır.
Saqqal sayəsində dəriniz nəmli qalır və soyuq havanın dərinizə təmas etməsinin qarşısı alınır. Bu da nəmli dərinin uzun müddət gənc qalmasına səbəb olur. Bundan başqa, saqqallı dəriyə nəmləndirici çəkmək saqqalsız dəriyə nisbətən daha çox təsirlidir.
 
Astma və allergiyadan qoruyur.
Saqqal sayəsində üzünüzə polen və toz daha az gəlir.Bunun sayəsində astma və allergiya riskiniz azalır. Saqqal hansısa mənada filtr vəzifəsini yerinə yetirir.. Xüsusilə də bığ əsl bu vəzifə üçündür.

Soyuqdəymədən  qoruyur.
Çənə və boyun bölgənizə çıxan saqqal sizi isti saxlayır. Xüsusilə qışda soyuqdəymə riskiniz saqqalınız sayəsində azalır. Həkimlər qripə qarşı immunitet sistemi zəif olanlara saqqal sağlamağı tövsiyə edir.

Bakteriyalara qarşı maneə yaradır.
Dəridəki müxtəlif problemlər taraş səbəbiylə daha da artır. Saqqal sayəsində bu kimi problemlərə gərək qalmır. Saqqal buraxsanız, birbaşa dəriyə təmas edən seqment yerinə yetirməyiniz lazım deyil. London Clinic’in dermatoloqu Dr. Martin Wade taraş olmanın səbəb ola biləcəyi qıcıqlanma, bakterial infeksiya və folliculitis deyilən dəridə yaranan qızartı kimi problemlərlə qarşılaşmamaq üçün kişilərə saqqal saxlamalarını tövsiyə edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri