Kişi saatı alarkən nəzərdə tutun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 023
Səs ver:
(səs: 1)
Bir çoxlarımız saat alarkən onu işləməsinə, möhkəmliyinə, əlavə funksiyalarına, sözün qısası xarici görünüşünü rəhbər götürürük. Əlbəttə, bu düzgün deyil. Hətta bir çoxları bilmirlər ki, "Water Resistant” markirovkası həmin saatı maksimum yağışdan qoruya bilir, heç də onunla duş gəbul etmək olmaz. "Water Resistant 50” markirovkası heç də həmin saatla 50 metrlik dərinə girmək imkanını vermir. Bu məqalədə sizlərə saat seçiminizdə kömək etməyə çalışacıq.

İstehsalçı seçimi: Dünyada 2,5 mindən artıq saat istehsalçıları var və dünyanın müxtəlif yerlərinə səpələniblər. Lakin saat alırsınızsa isveçrə, italiya, almaniya, yapon, fransa, ingiltərə, ABŞ, rusiya və bahalı çin istehsalçılarına üstünlük verin. Hansı saatı almağınız əlbəttə ki, sizin büdcənizdən asılıdır.

Unutmayın ki, "Swiss Made” markirovkası saatın isveçrədə istehsal edildiyinə işarə edirsə, "Swiss Mov’t” (Movement) sadəcə mexanizmin isveçrədən gətirldiyinə işarə edir və saatı hətta Xırdalan da belə yığa bilərlər.

Mexanizm seçimi: Mexanizm saatın döyünən ürəyi olduğu üçün onların harada istehsal olunmaqları ilə bərabər necə işlədikləri də önəmlidir. Kişi saatları mexanizminə görə mexaniki və kvars saatlarına bölünürlər.

Birincilər köklənməkdən asılı olaraq mexaniki işləyirlər. Onların səhvi sutkada -30/+40 saniyə hesablanır və dediyimiz kimi saatın köklənməsindən asılı olur.

Kvars saatlar batareya ilə işləyirlər. Bura işıq enerjisi, kinetik enerji ilə işləyən saatlarda aiddir. Mexanizmin işləməsi batareyanın nə qədər güclü olmasından asılıdır. Bu saatlarda sutkada minimum səhv qeydə alınır, -/+20 saniyə.

Üzlüyün seçimi:
– Plastik və yaxud polimer – baha olmayan, yüngül, lakin xarici görünüşünü tez itirən;
– Sarı mis – adi material, baha olmayan saatlarda istifadə olunur. Səliqəli istifadə zamanı 5 il belə xarici görünüşünü itirməməsini təmin edə bilər;
– Paslanmayan polad – ən yayılmış üzlükdür. Qiyməti və keyfiyyəti qane edicidir;
– Titan – az istifadə olunur, lakin poladdan 40% yüngüldür və allerqiya vermir;
– Alüminium – Swatch markasının ən sevimli materialı. Yüngül və uzunömürlüdür;
– Keramika – bahalı materialdır, cızılmır. Ən pis xüsusiyyəti zərbəyə dayanıqlığı yoxdur;
– Qızıl – isveçrəlilərin ən çox istifadə etdiyi material.

Bilərzik seçimi: Bilərzik əsasən üzlüyün materialı ilə eyni olurlar. Lakin rezin, parça və dəri bilərziklər də dəbdədir. Dəri bilərziklər klassikadır, lakin onların istismar müddəti bir neçə ildən artıq olmur (xüsusən su ilə təmas olan zaman).

Şüşə seçimi: Şüşənin qiyməti və keyfiyyəti onun dözümlüyündən asılıdır. Vikkers sərtlik cədvəlinə görə birinci yerdə sapfir şüşələr durur (2200-2500). Mineral şüşələr bir çox istehsalçı tərəfindən istifadə olunur, çox sərtdir və nadir hallarda cıxılır (500-800 Vikkers sərtlik cədvəlinə görə). Şəffaf plastik (500 yaxın Vikkers sərtlik cədvəlinə görə) baha olmayan modellərdə istifadə olunur.

Suya davamlığının seçimi: Beləliklə, markirovkaların mənalarını başa düşün. Water resistant – yağış və su damcıları; Water Resistant 3 ATM və yaxud 30 m – yağış və su damcıları; 50M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş; 100M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş, sualtı üzgüçülük; 200M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş, sualtı üzgüçülük, dayvinq; Diver’s 100m və çox 100 metrlik dərinlikdən daha çox dayvinq üçün istifadə oluna bilər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri