Şərfinizi düzgün seçin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 359
Səs ver:
(səs: 1)
İndi şərf – qarderobun ən əsas elementlərindən biridir. Baxmayaraq ki, bu əşya sadə bir elemetdir, sizin görkəminizin ən əsas aksesuarı ola bilər. Biz sizə şərfinizi düzgün seçməyinizə kömək olmağa çalışacıq.

Materialın seçimi. Yadınızda saxlayın ki, harda və necə olmağından asılı olmayaraq istifadə etdiyiniz şərf keyfiyyətli və təbii materiallardan hazırlanmış olmalıdır. Əlbəttə süni materiallardan olan şərflər də ola bilər ki, keyfiyyət və görkəminə görə heç də geri qalmasın. Lakin təbii şərfdən alacağınız hiss tam başqa olacaqdır. Beləki, boyun dərisi olduqca həssas və nazikdir və sintetika sizə diskomfort yaradacaq. Buna görə də, təbii materiallardan istifadə daha məsləhətlidir.

Rəngə diqqət yetirin. Daha çox konservativ rənglərdən istifadə etməlisiniz. Gündəlik şərf seçən də sadə göy və boz rənglərə üstünlük verə bilərsiz. Kaşmirdən dama-dama şərflərdən də istifadə edə bilərsiz. Eksperiment üçün mavi, mor, müxtəlif rənglərdən istifadə edə bilərsiz. Lakin unutmayın ki, çox gür rəng kişiyə yaraşmaz. Qara şərflərdən qaçın, bu rəng sizi yaşlı göstərəcək.

Stilinizi seçin. İlk öncə nə ilə və hara geyinəcəyinizi təyin edin. Bu hansı materialda şərf axtarmağınıza birbaşa təsir edir. Əgər klassik stil üçün və ya hər hansı iş geyimi üçün şərf axtarırsınızsa, bu zaman ipək şərflərə müraciyət etməyiniz gərəkdir, yox adi həyat üçün şərf axtarırsınızsa daha demokratik toxunma şərflərə üstünlük verməyiniz lazımdır. Kaşmirdən olan şərflər isə daha universaldır, onları sizlər hər iki halda istifadə edə bilərsiz.

Yaxşı olar ki, şərf almağa gedən də, şərfi hansı geyimlə istifadə edəcəksinizsə onu geyinib gedəsiz. Bu zaman şərf seçiminiz daha düzgün olacaqdır. Şərfin sizin saçlarınızın, dərinizin, gözlərinizin rəngi ilə nə qədər uyumlu olduğuna diqqət yetirin. Düzgün seçilmiş şərf sizin görkəminizi daha da cəlbedici etdiyi halda, yalnış seçilmiş şərf sizi yorğun və yaşlı göstərə bilər.

Şərfin ölçüsü önəmlidir. Şərf alarkən onun ölçüsünə diqqət yetirin, kiçik və ya orta ölçülü şərflər görkəminizi tamamladığı halda, daha uzun şərflər görkəminizin əsas aksesuarı ola bilər. Bağlama növlərinə gəldik də isə, eksperiment aparmaq hech də pis hal deyil. Müxtəlif cür şərfi bağlayaraq, şərfə uyğun bağlama tipini seçə bilərsiz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri