Kişi epilyasiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 599
Səs ver:
(səs: 1)
Kişi epilyasiyası qadın epilyasiyasından fərqlənirmi? Bu prosedurlar nə zaman vacib, nə zaman əks təsirlidir? Bunu araşdırmağa çalışacayıq…

Artıq tüklərin götürülməsi hər bir qadına tanış olan prosedurdu. Lakin müasir dövrdə artıq kişilər arasında da epilyasiya yayılmağa başlamışdır. Üstəlik epilyasiyaya "tüklü” kişilərlə səvai, sadəcə bədənindəki tüklərdən narahat olan kişilər də müraciət edirlər.

Tüklərlə vidalaşmağa hazırsınız?
Düşünürəm ki, qolaltı epilyasiya hər bir kişi üçün qadınlarda olduğu kimi qiqiyenanın rəmzidir. Bunu müzakirə belə etmək gərəksizdir. Lakin digər bədən hissələrinin epilyasiyası bir çox incəsənət, şou-biznes, model və idman təmsilçilərində daimi bir prosesə çevrilməkdədir.

Yerdə qalan kişiləri əvvəl yalnız üzdə çıxan saqqalın uzunluğu maraqlandırırdı. Bir çox kişi günün bu günündə də daha az üz qırxmağı xəyal edir. Lakin müasir dövrdə stilistlər deyir ki, kişilər artıq özlərinə qadınlardan da çox baxmağa çalışırlar. Qalın qaşlar alınır, manikür-pedikür edilir, intim epilyasiyaya baş vurulur. Əksər epilyasiyaya müraciətlər sinə, çiyin və kürək tüklərindən azad olmaq səbəbidir. Salonlar nə kimi xidmətlər təqdim edirlər və necə seçim etmək lazımdır?

Salonda epilyasiya
Əvvəlcədən qeyd edək ki, kişi epilyasiyası özünəməxsus özəlliklərə malikdir. Beləki, kişidə tüklər daha qalın və möhkəmdirlər və bu səbəbdən epilyasiyaya daha tez mürciət etməli olacaqsınız və prosedur özü qadınlara nisbətın daha uzun çəkəcək. Proseduru seçərkən onun effektivliyini, alacaq zamanı və əlbəttə ki, dərinizə vura biləcəyi ziyanı öyrənmək lazımdır.

Mum ilə epilyasiya (воск) – "vaksinq”. Bəlkə də kişilər üçün ən ideal epilyasiyadır, bu zaman tüklərin uzunluğu 5 mm az olmamalıdır. Çiyin və ayaqda (soyuq mum), qolaltı (isti mum) nahiyyələrində istifadə olunur. Epilyasiyadan əvvəl anestezik spreylərlə bədəni keyidirlər (ağrı hissi azalsın), mumu lazımi yerlərə yaxırlar və soyudurlar ki, tüklər mumla bərkisinlər, yekunda mumu dəridən qopardırlar. Bu prosedur sizi tüklərdən 2 həftəyə azad edəcək. Bu prosedur getdikcə tükləri zəiflədir və zamanla tüklər azalır. Mənfi cəhəti prosedurun ağrılı olmasıdır.

Lazer epilyasiyası. Tünd tüklər üçün idealdır. Lazer melanini (saç peqmenti) məhv edir, saçı dağıdır və kökünü zədələyir. Lazer epilyasiyası effektivdir. 8-12 seans kifayətdir ki, 5 illik istənilməyən tüklərdən azad olasınız. Mənfi cəhəti prosedurun ağrılı olması və lazer şualarının dəridə ləkə salma ehtimalı yüksəkdir.

Fotoepilyasiya. Yüksək impulslu işıqla tükün kökünə təsir edir. Ağrısızdır. İşıq saçları isidərək onun artımına səbəb olan hüceyrələri məhv edir. Fotoepilyasiya bütün tükləri effektiv məhv edir: tündə, ağ, qalın, nazik və sair. Prosedurdan sonra dəridə qızartılar yaransa da xüsusi nəmləndirici qellərlə aradan qaldırılır. Mənfi cəhhəti fotoepilyasiyanı 4 həftədə 1 dəfədən artıq aparmaq olmaz.

Şəkərlə epilyasiya – "şuqarinq”. Yerinə yetirilmə texnologiyası mumla epilyasiyaya bənzəyir: isti şirin kütlə tələb olunan yerlərə çəkilir və soyuyandan sonra xüsusi yapışqan kağızlarla çıxarıdılır. Bu epilyasiya dəriyə ziyan vurmur, allerqiya vermir, tüklər 3 həftəyə çıxır. Mənfi cəhəti olduqca ağrılı olmasıdır.

Elos-epilyasiya. Olduqca komfortlu prosedurdu. Tükün kökü işıq impulsunun və radiodalğalı bipolyar cərəyanın birgə təsiri ilə məhv edilir. Bu epilyasiya nöqtə nöqtə təsir edir. Bütün bədən hissələrinə uyğundur. Mənfi cəhəti bahalı olmasıdır. Ən azı 6-10 prosedur keçirilməli və prosedurdan sonra ən azı 2 həftə günəş vannası qəbul etmək olmaz.

Epilyasiyaya qərar verərək əks təsirləri barəsində mütləq məlumatlı olmalısınız. Əgər dəri xəstəlikləriniz varsa, varikoz damar xəstəlikləriniz varsa, şəkər və ya onkoloji xəstəlikləriniz varsa, işıq və gün işığından allerqiyanız varsa epilyasiyadan uzaq durmalısınız. Yaxşı olar ki, həkim məsləhəti alasınız.

Ev şəraitində kişi eplyasiyası
Salona getmək istəmirsiniz isə ev şəraitində depilyasiya kremlərinin köməyi ilə tüklərdən azad ola bilərsiniz. Bu kremlər tükləri qırır və köklərinə təsir etmir. Depilyasiya ən ağrısız prosedur olsa da, dəriyə allerqik effekti ola bilər. Əgər qızartı yaranırsa bundan imtina etmək məsləhətdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri