Gün eynəklərinin seçimi: TOP-5 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 183
Səs ver:
(səs: 0)
Gün eynəyi seçə bilsəniz, hətta ən maraqsız yay fəslinə rəng qata biləcəksiniz. İlk öncə eynəklərin şüşələrindən söz açacayıq. Beləki, şüşənin keyfiyyətindən görkəminiz və göz sağlamlığınız asılıdır. Keyfiyətsiz şüşə katarakta və gözün mərkəzi sinir hüceyrələri xəstəliyinə səbəb ola bilir.
 
UB-şualar
Gün eynəkləri şualanmanın qarşısını 99% alır və bu səbəbdən eynək seçərkən diqqətli olun. Yaxşı olar ki, gün eynəklərini xüsusi maqazinlərdə alasınız və xəsislik etməyəsiniz. Ucuz eynəklər gözləri qorumaq əvəzinə onlara ziyan vurur.

Polaroid şüşələr
Polaroid horizontal işıq şualarını blok edir. Onlar aydın günəş zamanı əvəzolunmazdır. Lakin aktiv istirahət zamanı polaroiddən uzaq olmalısınız, əks halda gözləriniz itiliyini itirəcək.
 
Üz forması
Uzun düzbucaqlı üzlər üçün eynəklər böyük olsa yaxşıdır. Onlar həmçinin enlidirlər. Bu eynəklər üzün uzun olmasını vizual olarq gizlədir.
Enli alına malik kişilər kvadrat və ya düzbucaqlı eynəklər seçməlidirlər. Yumru üz quruluşuna malik kişilərə düz xətlərlə çizilmiş çərçivəli, düzbucaq şüşəli eynəklər məsləhət görülür. Çərçivənin tünd rəngi üz şişkinliyini də vizual olaraq gizlədir.
Enlı alına və enli çənəyə maliksiniz? Deməli sizin üzünüz həndəsi kvadrat formasındadır. Lakin düzgün eynək sizin görkəminizi yaxşılaşdıracaq. Əsas o dur ki, çərçivə böyük olmasın, yumuru və ya oval eynəklər üzünüzün kvadratlığını gizlədəcək.
Əgər siz arıqsınız isə bu zaman nazik çərçivəli eynəklərdən uzaq olun, bu sizi daha da arıq göstərəcək. Enli və böyük eynəklərə üstünlük verin.
Klassik oval üz quruluşuna malik kişilərin bəxti daha çox gətirib. Bu üz quruluşuna bütün eynəklər gedir. Əsas o dur ki, bu zaman eynəklər sizin üzünüzdən enli olmasın. Ən idealı yuxarı çərçivə xətlərinin qaşlarınızla eyni səviyyədə olsun ki, ikinci xətt görkəmi alınmasın.
 
Çərçivə
Ağ dəriyə malik insanlar tünd rəngli çərçivələrdən yox, məhz daha açıq rəngli çərçivələrə üstünlük verməlidirlər. Bu zaman onların üzü daha yumuşaq və istiqanlı görkəmini alacaqdır.
Qarayanız kişilərə də tünd rənglərə qaçmaq lazım deyildir. Əgər fikir vermisiniz isə bir çox eynək dizaynerləri daha açıq və təravətli rənglərə üstünlük verirlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri