Kişilər cinsi belə geyinməyi məsləhət bilirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 959
Səs ver:
(səs: 1)
Cins nə qədər yaxşı olsa da, onu dəbli etmək sizin əlinizdədir. Lazım olan aşağıdakılara riayət etməkdir.
 
Vintaj
Denim Therapy paltar təmiri üzrə ixtisaslaşan şirkətin banisi Frensis Rabınoviç vintaj cinslərini dəbli hesab edir. Lakin o deyir ki, cinslər qeyri-ənənəvi yerlərdə cırılıbsa bunu tikiş ilə örtmək olmaz, təzə cins almaq daha məsləhətdir. Cinsi ənənəvi üsulla qurutsanız, vaxtından əvvəl cırılmalardan sığortalanacaqsız.
 
Köynəyin uzunluğu
Qısa köynəkdə güllələnmiş kimi görsənəcəksiniz. Uzun köynəkdə cinsin sizin üzərinizdə necə yaxşı qaldığını gizlətmiş olacaqsınız. Macy’s direktoru və stilisti Düran Quiyon deyir ki, üstdən atılan köynək cinsinizin arxa ciblərinin görsənməsinə maneə törədir. Çıxış yolu bir dənədir, köynəyi içəri salmaq lazımdır.
 
Ağ cins
Əgər siz arıqsınız isə Quiyon sizə ağ cins geyinməyinizi məsləhət bilir. Beləki, ağ rəng sizin arıq ayaqlarınızı canlı göstərəcək. Lakin ağ cins üzərinə gözə çarpan rənglərdən köynəklər geyinməyin. Ən yaxşısı daha sadə rəngli köynəklərdən istifadə etməyinizdir.
Ağ cins tez çirklənir. Bu zaman qum rəngli cins əldə edin. Çirk o qədər də gözə çarpan olmayacaqdır.
 
Yaxşı cins – əyinə oturulmuş cinsdir
Dizayner və ТМ Levi’s marketoloqu olan Qreq Sato deyir ki, hər bir kəsin cinsi dərzinin əlindən keçməlidir, nə olur olsun cins sizin ölçülərinizə və boyunuza uyğunlaşdırılmalıdır.
Məsləhət: dərziyə verməmişdən öncə cinsi yuyun, pambıqdan olduqları üçün az dartınacaqlar.
 
Manjet
Ətəyinin uzunömürlü olmasını istəyirsiniz isə səliqəli gəzin, ayaqlarınızı sürütləməyin, bir-birinə sürtməyin. Bir digər üsül isə manjet tikməyinizdir. Lakin manjet tikərkən ehtiyatlı olun çox qısa alınmasın.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri