Kişi portmonesi: lazımsızları qırağa qoyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 039
Səs ver:
(səs: 0)
Cibinizdən portmonenizi çıxardın: yeyilmiş künclər, əzilmiş çeklər, xırda pullar, vizitkalar, təqvim. Əsası da portmone bağlanmır və cibdə olarkən qabarıq qalır.
Kişi portmonesi funksional və baxımlı olmalıdır və onun içində yalnız lazım olan dəyərli şeylər saxlanılmalıdır.
Nağd pullar: kredit kartlarının sürətlə yayılmasına baxmayaraq, nağd pul hələ də aktualdır və portmonedə mütləq şəkildə olmalıdır. Lakin bütün maaşınızı portmonedə daşımalı deyilsiniz, bir iki müxtəlif dəyərli əskinaz olsa yetərlidir.
Şəxsiyyət vəsiqəsi: ölkədə komendant saatı olmasa da, şəxsiyyət vəsiqəsi hər an lazım ola bilər. Belə bir halda problem yaranmasın deyə şəxsiyyətinizi təsdiqləyən istənilən vəsiqəni portmonenizdə daşımağın mənası vardır.  Üstəlik əgər portmonenizi itirsəniz, xeyirxah insanlar sizi daha tez tapacaqlardır.
Kredit kartları: biz əminik ki, sizin bir neçə kredit kartınız var. Lakin onların hamısını üstünüzdə gəzdirməyin mənası yoxdur. Bir-iki kart kifayətdir. Üstəlik əgər portmonezi oğurlasalar kartların yarısını qorumuş olacaqsınız. Bir şeyi də unutmayın, kodu kartın üstünə yazmaq olmaz!

Vizit kartlar: bilmirik niyə, lakin bir çox kişilər portmoneni vizit kartı çantası ilə səhv salırlar. Portmonenizdə 3-5 vizitkadan artıq vizitka saxlamayın.
Yaxınlarınızın şəkilləri: sevimli yoldaşınızın və övladınızın kiçik bir şəkli yaxşı motivasiya ola bilər.
Sığorta kartı : bədbəxt hadisələrdən heç kəs sığortalanmayım. Lakin sığorta kartınızı üstünüzdə daşımağa məcbur deyilsiniz onun nömrəsi və şəxsiyyət vəsiqəsi sizə bütün klinikalarda kömək ola bilər.  Əsasən həkimin ziyarəti planlaşdırılmış olur, bu səbəbdən kartın nömrəsini yadda saxlayın, özünü isə evdən lazım olanda götürün.
Prezervativ: must have kişi portmonesində yalnız ondan istifadə etməyi düşünürsünüz isə, əks halda portmonedə qalmış prezervativ zədələnə bilər ən yaxşısı gödəkçədə və ya maşında saxlanılmasıdır.
Qəpik: kişi portmonesi qəpiklərsiz daha da yüngülləşəcək. Qəpiklərinizi evdə bankaya yığın. Qəpik üçün yerləri olmayan portmonelər var ki, olduqca dəbli və praktikdirlər.
Çeklər: maqazindən çıxanda çeki torbaya atın.  Kommunal xidmət çekini evdə saxlamaq olar lakin maqazin çeklərini ata bilərsiniz.
Qeydlər: bütün qeydlərinizi mobil telefonda edin. Kağızda edəcəyiniz qeydlər bir gün portmonenizdən itəcək.
 
Kişi portmoneləri: növləri
Hansı portmoneni seçmək sizin şəxsi işinizdir. Lakin portmonenizdən artıqları atdıqdan sonra portmonelərin növləri sizə maraqlı olacaqdır.
 
Klassik
Klassik portmone eleqant və etibarlıdır. Burada adətən kart, nağd pul, qəpik, şəkil və sürücülük vəsiqəsi üçün yerlər vardır.
 
İdman üslubu
Əsasən idman üslublu portmonelər sintetikadan və parlaq rəngli olurlar. Bu portmonelər islanmır və çoxlu cibləri vardır. Lakin iş görüşməsi zamanı sizə uyğun deyil.
 
Super Slim
Bir neçə kart və əskinaz üçün nəzərdə tutulan eleqant və nazik portmone. O cibinizdə qabarmayacaq və rəsmi görüşlərdə sizin yol yoldaşınız olacaq.
 
Uzaq yol üçün
Uzaq yol üçün nəzərdə tutulan portmonelərdə pasport və biletlər üçün ciblər olur. Çoxlu cibləri ilə uzaq yolda əvəzsiz tərəfdaşdır.
 
Telefon üzlüyündə portmone
Əgər siz telefonunuzu üzlüyün içində istifadə edirsiniz isə bu tam sizə görədir. Üstəlik belə portmonelər olduqca səliqəli olurlar.
 
Alternativlər
Alternativ üçün əskinaz zajımlarını qeyd etmək olar. Onlar böyük mağazalarda satılırlar və portmonedən daha ucuzdurlar. Əskinazla birgə zajım bütün geyimlərdə asanlaqlı cibinizə yerləşəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri