Kişilərdə saç tökülmələri və saç maskaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 636
Səs ver:
(səs: 0)
Qadınlarda olduğu kimi kişilərin də saçları ilə çoxlu problemləri olur. Kişiləri əlbəttə ən çox narahat edən məsələ saçlarının tökülməsidir. Bu yazımızda sizlərə saçların tökülmə səbəblərindən və buna qarşı maskalardan söz açacayıq.
Kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri genetikadır.
Saç tökülmələrində ən çox rastlanan hal bunun genetik olmasıdır. Beləki, əsas səbəb kişi cinsi hormonlarının səviyyəsinin yüksək olmasıdır. Bu halda yalnız sizə mütəxəssis kömək edə bilər. Heç bir ev maskaları sizə kömək olmayacaq, zamanınızı və saçlarınızı itirməyə dəyməz.
Digər bir səbəb siqaretdir.
Bu asıllıq orqanizmdə maddələr mübadiləsini pozur, vitamin və qidalandırıcı maddələrin orqanizmdə həll olunmasının qarşısını alır.
Stres və əsəb həmçinin saç tökülmələrinə səbəb ola bilər.
Müasir həyatın gərgin ritmi kişilərin boynuna çoxlu məsuliyyət qoyur. Çalışın vaxtında istirahətinizi edəsiniz və unutmayın ki, keçirilmiş stres nəticəsində saçlarınız bir neçə ay tökülə bilər.
Maskalar.
 
Saç tökülməsinə qarşı maska:
* Saçlarınızı qidalandırmaq və möhkəmləndirmək üçün gənəgərçək yağı, A və E vitmanilərinin qarışımından hazırlnamış maskadan istifadə edin. Hazırlanmış yağ qarışımı başınızın dərisinə yediridin. 40 dəqiqədən sonra şampun və ilıq su ilə yuyun.
* Saçlarınızın tökülməməsi üçün sizə cökə ağacı (липа) kömək olacaq. 8 xörək qaşığı cökə ağacı gülünü 0,5 litr suda 20 dəqiqə qaynatdıqdan sonra gözləyin. Həmin su ilə saçlarınızı bir ay ərzində yaxalayın. Əgər nəticə müsbətdirsə tökülmənin qarşısı alınanadək davam edin.
 
Zəif saçlar üçün maska:
Kişi saçını ən yaxşı möhkəmləndirəcək vasitə soğan şirəsidir. Üç xörək qaşığı soğan suyunu saçınıza həftədə 1-2 dəfə sürtün və dəsmalla başınızı bağlayın. Normal saçlar üçün 2 saat, quru saçları üçün 1 saat, yağlı saçların üçün isə 3 saat gözlədikdən sonra saçlarınızı yuyun.
 
Normal saçlar üçün maskalar:
Bu maska üçün sizə 1 çay qaşığı limon şirəsi və 50 ml araq lazımdır. Qarışımı saçınızın dibinə 2-3 həftə bir gündən bir sürtün. Bu saç sağlamlığı üçün yaxşıdır.
 
Profilaktik maskalar:
* Yumurta sarısını çalın və içinə gənəgərçək yağı əlavə edin. Saç dibinə sürtdüyünüz maskanı 3 saat gözlədikdən sonra yuyun.
* Bir baş soğanı sürtkəcdən keçirin və yumurta sarısı ilə qarışıdırın. Alınmış qarışımı saç dibinə sürtün. İstilik effektini əldə etmək üçün başınıza polietilen torba keçirin və dəsmalla bürüyün. 1-2 saat saxladıqdan sonra şampun və ilıq su ilə yuyun.
* 100 qr tam yetişməmiş armudun ətini əzin, içinə 1 yumurta, bir neçə damcı limon şirəsi, ayıpəncəsi yağı (репейное масло) əlavə edin. Alınmış qarışımı saç dibinə sürtün 15-20 dəqiqədən sonra öncə ilıq sonra isə sərin su ilə yuyun.
Ümumiyyətlə maska və saç kremlərindən istifadə zamanı ehtiyatlı olun. İlk öncə əlinizin dərisində yoxlayın, ola bilər ki, bu maska və ya kremlər sizə düşməsin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri