20, 25 və 30 yaş dəbi: sizin qarderobunuzda nə olmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 930
Səs ver:
(səs: 1)
Yaş artdıqca siz daha təcrübəli, avtoritetli və uğurlu olursunuz. Deməli, siz uyğun geyinməlisiniz. Necə – davamını oxuyun.

Əgər yaşınız 20-dirsə
Bu yaşda bahalı marka geyimlər maraqlı olmur. Əsas geyimin rahat olması və qeyri-adi görkəmə malik olmasıdır. Əlbəttəki, qızların diqqətini cəlb etmək.
Lazımdır: bir neçə maraqlı rəngli t-shirt-lər və bir iki saya t-shirt universitet üçün. Cins, kedlər, çanta öz yerində. Bu geyim stilində 20 yaşlarında küçəyə çıxmaq olar. Əgər qoca yaşınızda bu görkəmdə bayıra çıxsanız gülüş mənbəyinə çevriləcəksiniz

Əgər yaşınız 25-dirsə
Bu yaşlarda kişilər adətən işə düzəlirlər və ciddi görkəm əldə etməyə çalışırlar. Burada ofisdəki qadınların diqqətini cəlb etməklə yanaşı, rəhbərliyin rəğbətini də qazanmağa çalışılır. Sirr deyil ki, uğurun 90% geyimdən asılıdır.
Lazımdır: düz tikilişə malik olan cins (dar olmayan), köynək, dəbli klassik ayaqqabı, yaxşı saat. Çox ciddi oldu? Qarderobunuzu rəngli köynəklərlə canlandırın.

Əgər yaşınız artıq 30-dursa
Təcrübə artıqca cəmiyyətdə yeriniz də böyüyür, avtoritetiniz də. Xarici görkəminiz cəmiyyətdə tutduğunuz yerə uyğun olmalıdır. Bunun üçün qarderobunuzda klassik dəst geyimlərə yer ayırın. Dəri ayaqqabılar, qalstuklar, köynəklər qarderobda mütləq olmalıdır.
Siz həmişə təmiz və səliqəli görünməlisiniz, sizdən həmişə yaxşı iy gəlməlidir. Saçlarınıza bir kilo jele sürtməyə ehtiyac yoxdur, xüsusi vosk sahəsində bir-iki damcı ilə saçları dəbli etmək olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri