Bu məqalə qadınları robot olmayan kişilər üçündür

Şərhlər: 3
Baxılıb: 2 021
Səs ver:
(səs: 1)
Əziz kişilər, əgər evli deyilsinizsə, ya da ən az sizin qədər məşğul, işinəbağlı bir qadınla evlisinizsə, işə ütülənməmiş, qırış-qırış köynəklə getməmək üçün bəzən özünüz paltarınızı ütüləməyə məcbur olacaqsınız. Əminik ki, bu cümləni oxuyar-oxumaz: "Mən bunu heç vaxt etmərəm” deyən kişilər də olacaq. Amma unutmayın ki, xanımınız da robot deyil, nələrsə onun da yadından çıxa bilər. Buna görə də bəzən qarşı tərəf üçün belə fədəkarlıqlar etmək lazımdır.

Əslində bu zaman kişilərin əsəbləşməyinin əsas səbəblərindən biri də bu çıxılmaz vəziyyətdən çıxış yolunu bilməmələridir. Qəbul edək ki, çoxlarımız öz köynəyimizi ütüləyə bilmirik. Ütüləsək belə, qadının ütülədiyi köynəklə bizim ütülədiyimiz arasındakı fərq o dəqiqə hiss edilir. Bu məsələnin çoxlarınızın yaralı yeri olduğunu bilirik. Buna görə də bu dəfə sizinlə düzgün ütü ütüləmək barəsində danışmaq istəyirik. Bunu xanımlar bacarırlarsa, mütləq biz də edə bilərik.

Başlayaq. Hər şeydən əvvəl onu bilməlisiniz ki, köynək ütüləmək şalvar ütüləməkdən daha çətindir. Buna görə də onu ütüləyərkən həddindən artıq diqqətli olmaq lazımdır. Köynəyin asan ütülənməyini və uzun müddət ütülədiyiniz formada qalmağını istəyirsinizsə, yaxşı olar ki, onu tam qurumazdan öncə ütüləməyə başlayasınız. Digər bir məsləhət: paltarı yuxarı, aşağı ütüləməyin lazım olduğunu unutmayın. Əgər dairəvi formada ütüləsəniz bu paltarda əlavə qırışların yaranmasına səbəb ola bilər.

Ütüləməyə əvvəlcə köynəyin yaxalığından başlamaq lazımdır. Bunun üçün manjetləri iç və çöl tərəfdən yaxşıca ütüləyirik. Sonra köynəyin bir qolunu ütü stolunun üzərinə sərir və qoldakı tikiş boyunca ona ütü çəkirik. Bilək hissəsini ütüləyərkən isə həm içəridən, həm də çöldən ona ütü çəkirik.

Daha sonra isə sıra köynəyin arxa hissəsinə çatır. Boyun hissəsində başlayaraq aşağıya doğru ütüləməyə başlayırıq. Və budur, tapşırıq uğurla tamamlanmışdır. Bu qədər sadə.

P.S Əslində bu qədər əziyyət çəkməyə ehtiyac da yoxdur. Əgər pencək geyinəcəksinizsə və axşam heç bir qonaqlığa dəvətli deyilsinizsə, köynəyin yalnız görünən- ön hissəsini ütüləməyiniz kifayətdir. Əmin ola bilərsiniz ki, sınanmış təcrübədir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri