Kişilərə görə daha cazibədar olan qadınların 7 xüsusiyyəti

Şərhlər: 6
Baxılıb: 5 246
Səs ver:
(səs: 1)
Qadınların kişilərə görə cəlbedici görünməsi kişilərin sirrli standartlarına bağlıdır. Daha cazibədar qadınların xüsusiyyətlərinin kişilər üçün fərqli və eyni zamanda da önəmli detalları var. Buna görə də Qadınlar.biz siz xanımlar üçün araşdırma etdi və maraqlı nüanslarla rastlaşdıq. Kişilərə qadınları daha cazibədar göstərən 7 xüsusiyyət hansılardır, buyurun yazımızı oxuyun, əziz xanımlar. 

Parlaq, mirvari ağlığında dişlərə sahib qadınlar
Qadınların mirvari ağlığında və parlaq dişləri kişilərə cəlbedici gəlir və diqqətlərini çəkir. Az sarı dişlər isə diqqətdən kənarda qalır.

Qırmızı dodaq boyalı qadınlar
Ağ dişlərinizi parıldadın və qırmızı dodaq boyanızı çəkin. İstənilən halda kişilər bu qırmızı rəngin təsiri altına düşəcəklər.

Böyük ombalı və incə belli qadınlar
Yeni Zellandiyadan olan araşdırmaçılara görə kişilərin çox hissəsi böyük ombalı və incə belli qadınlara üstünlük verirlər.

Yüksək səsli qadınlar
Qadınların gözəl və yüksək səsləri kişilərin diqqətini çəkən nüanslardandır. Çünki asta danışan və zəif səsli qadınlar kişilərə görə özlərinə güvəni olmayan, cəsarətsiz qadınlardır.

Əsmər qadınlar
Sarışınların dövrü artıq bitib. Meydan əsmərlərindir! Sarışınlar daha əyləncəli ola bilər amma əsmərlər kişilərə görə daha cazibəli görünür.2008-ci ildən bəri aparılan araşdırmaların nəticələri bunu təsdiqləyir.

Az makiyaj
Parlaq, cəlbedici makiyajdan daha çox sadə, təbii makiyaj edən qadınlar kişilər üçün gözəl və cəlbedicidir. Qeyd edək ki, az makiyaj və ya makiyajsız olmaq son dövrlərin dəbidir.

Uzun boylu qadınlar
Balacaboylu qadınlar nə qədər şirin görünsə də nə edək ki, kişilərin diqqətini uzunboylu qadınlar çəkir və bu əsas xüsusiyyətlərdəndir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri