Flört
edərkən, sevgili, nişanlı olarkən hər şey tam başqa, daha həyəcanlı
olur. Evləndikdən sonra isə bu hal çox davam etmir. Baş qarışır işlərə,
ailəni saxlamağa və münasibətdə soyuqlu yaranır, özünüzə vaxt ayıra
bilmirsiniz. Əgər evlilik həyatınız dostluq münasibətlərini xatırladırsa
onu canlandırmaq üçün addım atın. Yenidən "yox" eşitməmək üçün
Qadınlar.biz in verdiyi məsləhətlərlə "yox"u "hə"-yə çevirin.
Pijama –
seksin əsas düşmənidir. Yataqda isti, rahat gecə paltarı geyinmək
əvəzinə daha cəlbedici gecəlik geyinin. Münasibəti daha da həyəcanlı
etmək üçün onu çıxara və ya heç geyinməyə bilərsiniz. Eyni zamanda
əyninizdəkini yoldaşınızın yanında çıxara ya da onun çıxarmasına icazə
verməlisiniz.
Məkana dəyişiklik edin -
münasibətinizə yenilik qatın. Çünki köhnəlik və ehtiras bir-birinə
ziddir. Otağı qırmızı şamlarla bəzəyə, daha cazibədar və xoş dekorasiya
edə bilərsiniz. Uşaqlarınız varsa sizə mane olmasınlar, hər şey yolunda
getsin deyə onları nənəsigilə göndərə bilərsiniz. Özünüz də cazibəli
gecəlik geyinin.
Uzunçuluğa gərək yoxdu -
baş verəcəkləri uzatsanız həyat yoldaşınızın iştahası itə və yata
bilər. Buna görə də vaxtı uzatmayın, qısa giriş edin. Təşəbbüsü öz
əlinizə alın. Bu zaman hər şey yolunda gedəcək.