Sevgi
oyunlarında hər kəs bir nöqtədə rədd edilir. Təbii ki, nədən rədd
edildiyinizi və nəyi yanlış etdiyinizi bilmirsizsə, şansızını necə
dəyişdirə bilərsiz?
Yaxşı ki, rədd edilən tək siz deyilsiz.
Kişilər
qadınları ovlamağa çalışdıqları ilk gündən bəri rədd edilmək qorxusu
ilə qarşı-qarşıya qalırlar. Çox kişi geyindiyi geyim və pulun qadınların
diqqətini çəkdiyini düşünər, ancaq əsas yol bundan daha sadədir.
Problem siz deyil, özünüzü tanıtma tərzinizdir. Ailem.az kişilərin özünü
tanıdarkən etdiyi səhvləri təqdim edir.
Bədən
dilini anlamaq. Özgüvənin qadınları cəlb etdiyi doğrudur. Ancaq nə
qədər rahat olmanız özünüzü tərifləməkdən daha üstündür. Axtardığınız
açar bədən dilidir.
Vəziyyətin nəzarətiniz altında olduğunu hiss etdirmək istəyirsizsə,
sözlərlə anlatmağa çalışmayın, dik durun və göz təması qurun.
İnsanlar
hər şeydən əvvəl bədən dili ilə təmas qurar. Əgər özünüzü cazibədar
şəkildə göstərməyi bacarsanız, seçdiyiniz kəlmələrin heç bir önəmi
qalmayacaq. Özünüzü qadına dinc bir şəkildə təqdim edin.
Enerji
və atmosferə ayaqlaşmaq. Kişi ciddi və sərt görünüşlü, düşüncəsi
sağlam, güclü, qüdrət sahibi olmalıdır, ancaq qadınlar əlaqə yarada
biləcəyi birini istəyər.
Bir qadın onunla onun səviyyəsində görüşmənizi istəyər.
Pozitiv
bir bədən dili seçmək. Flirt və görüşlər iki insanın bir-birinə daha
uyğun olduğunu müəyyən etmənin yoludur. Bacarıqlı bir kişi qadının
güvənini həmişə qazanmalıdır. Ona özgüvənlə yaxınlaşın, ona marağınız
olduğunu açıq bildirin, ancaq amiranə olmayın.
Öz
peşənə yönəlmək. Əgər vaxtı gəlmədən sevgili olmaq istədiyiniz qadına
görüş təklif etsəniz, "hə” cavabı almayacaqsız. Həm də bir an öncə xilas
olmaq, tez cavab alım deyə səbrsiz davransanız, ondan "hə” cavabı
almayacaqsız.
Özgüvənli
davranın. Dərhal qaçmayın. "Yox”, ya "hə” deyən kimi qaçıb arxasındakı
pərdəyə gizlənməniz verdiyi qərarla bağlı şübhəli hala salacaq. Özünü
rahat hiss etməyəcək.
Əgər
keçmişdə də çox rədd edildizsə, bu, hər dəfə eyni cür davranıb fərqli
nəticələr əldə etmək istədiyiniz üçündür. Bunu bir az dəyişdirin, yeni
bir şey sınayın. Qarşınızdakı qadının sizinlə münasibət qurub
qurmadığını bədən dili ilə öyrənin.
Vəzifənizi unutmayın. Siz seçilə bilən bir subaysız, ancaq özünüzü tanıtma tərziniz yanlışdır.