Kişilər hansı qadınları xoşlamır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 549
Səs ver:
(səs: 2)
Hələ də həyatınızın şahzadəsini axtarır və tapa bilmirsinizsə, bəlkə də problem sizdədir. Bəs siz kişilərin axtardığı qadınsınızmı? Bəzi qadın tipləri var ki, kişilərin zəhləsini tökür.

Sədaqətsiz qadın – Buna nəyin ki, kişi, heç qadın da dözə bilməz. Lakin burada "sədaqət” sözünü təhlil etmək lazımdır. Kişilər yersiz səmimi qadınlardan, çoxlu kişi dostlarından xoşlanmırlar. Gələcəkdə onları əvəz edə bilən birinin olmasını düşünmək istəmirlər. "Mən qətiyyən oğlan dostlarımla əlaqəmi kəsə bilmərəm” deyirsinizsə, sizə sevgilinizin çox anlayışlı biri olmasını arzu edirik.

Yerindən tərpənməyən qadın – Qoltuğa yapışıb qalsanız, subaylıqdan yaxa qurtara bilmərsiniz. Kişilər bütün gününü televizor qarşısında keçirən və heç bir serialı qaçırmayan qadınları xoşlamır. Özləri televizor qarşısında dincəlməkdən zövq alır. Lakin günü daha əyləncəli keçirmək üçün plan quran qadınları çox bəyənirlər. Hər xırdalığı soruşmadan özü qərar verən qadınlar güclü və iradəlidir. Evdə sözü keçən kişilər olsa da, onlar idarə edilməyi sevirlər.

Yalançı qadın – Buraya kredit kartı borcunuz, kilonuz və.s daxildir. Özləri yalan danışmaqda istedadlı olmadığı üçün, yalan onların ən zəif nöqtəsidir. Söylədiyiniz hər şeyə inanmaq istəyirlər. Dediyiniz hər xırdalığın doğru olduğunu bilmək istəyir və yalanı asanlıqla həzm edə bilmirlər. Buna görə dürüstlüyə möhtacdılar.

Kişi zarafatları edən qadınlar – O, sizin dostunuz deyil, sevgilinizdir. Onunla oğlan dostlarınız kimi danışmayın. Ağzınzdan çıxan ən kiçik kobud sözü belə, böyüdə bilərlər. Zəif cinsin nümayəndəsi, incə olmalıdır.

Tez hirslənən qadın – Hadisələr tərs getdiyi zaman da kişilər yanındakı qadının üzünün gülməyini istəyirlər. Həyata güvənirsinizsə, o da sizə güvənəcək. Onunla sıxıntılarınızı və problemlərinizi paylaşmaqda problem yoxdur. Lakin gün ərzində yaşadığınız uğursuzluqların heyfini ondan çıxarmamalısınız.

Dağınıq və baxımsız qadın – Sevdiyiniz kişi ilə görüşməli olduğunuz gün bəzənməyə əhvalınız olmasa da, saçlarınız və dəriniz təmiz olmalıdır. Geyimlərinizin də səliqəli və təmiz olması, evlənilməli qadın olduğunuz siqnalını verir.

Səbrsiz qadın – Bu sadəcə görüşə gecikən kişini gözləmək demək deyil. Məqsədləriniz və hədəflərinizin reallaşması üçün səbrli olun. Buraya evlənmək də daxildir.

Həyatını sevməyən qadın – Problemləri olan qadınlarla, hətta dost olmaq istəyən yoxdur. Belə qadınlara hansı kişi aşiq olar ki? Tez-tez küsən qadınlar kişilərin enerjisini alır. Nəticə etibarı ilə kişilər belə qadınlardan qaçır. Kişilər sıxıntıya dözə bilmir, onlar həyatlarını asanlaşdıran qadınların yanına qaçır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri