Kepkanı geyinmək qaydası?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 978
Səs ver:
(səs: 1)
Biraz ciddilikdən uzaq olan bu aksessuar kişi görkəmində dəbli və orijinal birisinə çevrilə bilir. Düzgün seçim edərək görkəminizə cazibədarlıq qata bilərsiniz. Sizlərə bu məqaləmizdə hansı kepkanı seçmək məsələsində kömək olmağa çalışcayıq.

İstehsalçılar kepkanın istehsalında müxtəlif parçalardan istifadə edirlər: pambıq parça, kətan, mahud, dəri, zamşa və s. Üstəlik geniş seçim sizə müxtəlif kepkalar təqdim edir ki, siz onların köməyi ilə soyuqdan, yağışdan, küləkdən qorunmaq və yaxud sadəcə dekorativ kimi istifadə edə bilərsiniz.

Bu səbəbdən almağa getməmişdən öncə nə istədəyinizi ilk öncə dəqiqləşdirin. Əsasən sport görkəmə uyğun olan kepkaları, Casual görkəmə də uyğunlaşdırmaq olar. Lakin unutmayın ki, klassik görkəmə uyğun da kepkalar vardır.

Sport görkəm üçün rəngli loqotipli və ya loqosuz beysbolkalar gedər. Onlar yumru formaya malikdirlər, bərk kepka qabağı vardır, arxadakı xüsusi yapışqan isə ölçünü uyğunlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Beysbolkaları şort, cins, idman şalvarı və krossovka ilə uyğunlaşdırmaq olar.

Ən universal variant kimi kepka hesab olunur. Adətən pambıq, yun və tvindən tikilir. Ona uyğun şərf də almaq olar ki, görkəminizi daha da dəbli edəcəkdir.

Eyni qaydada Qazetçi kepkalardan da istifadə edə bilərsiniz. O daha geniş və səkkizbucaqlı olur. Bu tip kepkaları da yaxşı olar ki, şərf ilə istifadə edəsiniz.

“Militari” kepkalar da olduqca orijinal olub sizin görkəminizə daha da kişilik qatacaqdır. Bu tip kepkalar polo köynək və enli şalvar ilə uyğunlaşdırmaq olar.

Furajka daha cəsarətli aksessuar olub, dəri qabağı ilə dəbli dəri gödəkçə ilə uyğunlaşdırmaq asandır. Həmçinin bu tip kepkanı palto ilə də geyinmək olar. Yaxşı olardı ki, palto ilə geyinilən zaman dəri əlcəklərdən də istifadə edəsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri