Kök kişilər, arıq kişilər, dəstəboylar: bəs necə geyinməli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 884
Səs ver:
(səs: 1)
Bədən quruluşunuza fikir verməmisiniz, özünüzü buraxmısınız? Deməli, elə geyinməlisiniz ki, bədəninizin çatışmamazlıqları gözə çarpmasın.

Dar çiyinlər
İlk öncə dar və qısa geyimlərinizi qarderobunuzdan ləgv etməlisiniz. Beləki, bu tip geyimlər sizi daha çox qadına oxşadır və qısa köynək sizdə qarnın olması effektini yaradır.

Qarınlı kişi
Məsləhət bilinir ki, üfüqi xətli geyimlərdən uzaq durasınız. Ümumiyyətlə qarnınızın olmasını önə çəkən hər bir şeydən uzaq olmalısınız. Əgər kəmər taxırsınız isə, çalışın şalvarınızın rəngində olsun ki, əlavə diqqət cəlb etməyəsiniz. Ən ideal variant V tipli, dərin kəsikli yaxası olan koynəklər geyinmək. Rəngi də yaxşı olar ki, tünd olsun.

Arıq
Bankada karandaş kimi görünməmək üçün böyük ölçülü geyimlərdən uzaq durun. Şaquli xətli geyimlərdən uzaq durun, nazik qalstuklar, burnu iti ayaqqabılar sizlik deyil. Adi t-shirtləri polo köynəkləri ilə əvəz edin ki, çiyinləriniz daha enli görsənsin.

Dəstəboy
Əgər boyunuzla işlər yaxşı deyilsə, kədərlənməyə dəyməz. Tom Kruzun da boyu 170 sm-dir. Üfüqi xətli geyimlərdən uzaq durun, pencək yanınızı örtməməlidir. Ümumiyyətlə dəstəboy insanlar seçilməmək üçün yalnız öz ölçülərinə uyğun geyinməlidirlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri