Kriştiano Ronaldonun 6 əsas dəb prinsipləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 469
Səs ver:
(səs: 1)
Kriştiano Ronaldo dünyada futbol ilə eyni zamanda daim dəbli görkəmi ilə məşhurlaşan bir idmançıdır. Bugün sizlərə Ronaldo dəbinin 6 əsas prinsipindən danışacayıq. Beləliklə:

1. Özünüzə inanın
“Əsas geyindiyiniz geyimdən özünüzə inamı itirməyəsiz” – Ronaldo deyir. Özünüzün xoşuna gələni geyinin, dəbdə olanı yox. “Əlbəttə ki, mənim görkəmim yaşım artdıqca dəyişir, lakin üstünlüklərim dəyişmir.”

2. Komfortu seçin
“Mən nəyi bəyənirəm? Mənim üçün keyfiyyət önəmlidir. Bahalı parçalardan yaxşı tikilmiş geyimləri sevirəm. Mənim üçün çox vacibdir ki, səhər geyindiyim geyim gün boyu mənə komfort hiss etdirsin.” – Ronaldo deyir.

3. Aksessuarları zövqlə və düşünüb seçin
Ronaldo olduqca tez-tez aksessuarlardan istifadə edir. Qadınlar boş-boş aksessuarlar aldıqları vaxtda, kişilər üçün hər bir aksessuar məna daşıyır. Məna kəsb edən aksessuarlar sizin görkəminizə müsbət xallar yazacaqdır.

4. Bir şeyi geyinin
Apple başçısı Stiv Cobs daim cins və qara köynəkdə gəzirdi. Yaxşı olardı ki, sizlər bəyəndiyiniz dəbə uyğun geyimlərinizi müxtəlif rənglərdə əldə edəsiniz. Ronaldo “aviator” gün eynəklərini heç bir zaman dəyişmir. Sadəcə bu eynəklərin müxtəlif şüşə rənglərindən və çərçivələrindən istifadə edir.

5. Çalışın şit olmasın
Ronaldo bahalı saat kolleksiyasına malikdir. Ronaldo çox pafoslu görünməmək üçün daim bu saatların yanına sadə dəri qolbağ taxır. Bir məsləhət də verək, əgər bahalı saat taxırsınız isə, digər qolunuza sadə qolbağ taxaraq balansı saxlamağa çalışın.

6. Əsas haqqında düşünün
Düzgün seçiliş alt paltarı həyatda və idmanda uğurunun əsasıdır. Ronaldo bunu üstün tutaraq, CR7 markası altında alt geyimləri kolleksiyası buraxmışdır ki, bunun üçün o, amerikalı dizayner Riçard Çay və danimarka brendi olan JBS ilə əməkdaşlığa imza atmışdır. Ronaldo alt geyiminin belə olmalı olduğunu düşünür:

Nazik və qoruyan
Supernazik parçadan tikilən alt paltarı ikinci dəri kimi hiss edilir və sizi qoruyur.

Nəfəs alan
Tor parçalar istifadə olunmalı, hava buraxan deşiklər olmalıdır ki, tər olmasın.

Fiksasiya olunan
Aşağı tikişlər elastik olmalıdır ki, alt paltar yığılmasın və daim yerində qalsın.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri