Pis görkəmin 5 səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 482
Səs ver:
(səs: 1)
Əgər zombi olmağa çox az qalıbsa, təcili adətlərinizi dəyişməlisiniz.

Kofe
Yadda saxlayın ki, kofe sizin dərinizini elastikliyini qoruyan antioksidantları məhv edir. Kofenin gündəlik norması 2 fincandandan artıq olmamalıdır. Onun əvəzinə yaşıl çay içməyə çalışın. Onun tərkibində kofein olsa da, az miqdardadır. Üstəlik yaşıl çay hüceyrələrin qocalmasının qarşısını alır.

Yarımfabrikatlar
Yarımfabrikatlar sizə xeyir gətirməyəcək, bunu yadda saxlayın! Onlar sizdə piylənmə ilə bərabər dərinin sağlamlığını və möhkəmliyini qoruyan kollaqeni məhv edir. Tez-tez acırsınız isə, yanınızda qoz gəzdirin.

Üzüqoylu yatmaq
Gözaltı şişmələr, qaralmalar. Buna səbəb qan dövranıdır. Beləki, yuxu zamanı ürək döyüntüləri azalır və qan dövranı həmçinin. Nəticədə siz üzüqoylu yatanda üzünüzə gələn qan yığılır və şişmələr əmələ gətirir.

Allergiya
Allergiya zamanı nəinki burnunuz axır, gözünüz qaşınır, asqırırsınız. Pollinoz (mövsümü allergiya) sizin dərinizə şişmələr, səpkilər, qaşıntılar təmin edə bilər. Çox zaman gözlər qızarır və üz şişir. Bunun qarşısını almaq üçün vitaminlər və antiallergik dərmanlardan istifadə edin. Daimi vitaminlərin qəbulu orqanizminizi allergiyadan qoruyur.

Havasızlıq
Səhər duranda gözləriniz qırmızı olur və qaşınır. Alimlərin araşdırmalarına görə buna səbəb havasızlıq ola bilər. Beləki, yataq otağında daim hava oynamalıdır, əks halda göz damarları genişlənir və gözdə qurumalar baş verir. Çalışın yatdığınız zaman pəncərəni az da olsa açıq saxlayasınız.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri