Qol saatına düzgün qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 910
Səs ver:
(səs: 0)
Qol saatı kişi görkəminin ən vacib aksessuarlarından biridir. Əgər sevdiyinizi saatın sizə uzun müddət qulluq etməsini istəyirsiniz isə, ilk növbədə siz ona düzgün qulluq etməlisiniz.

Beləliklə, mexaniki saatlar daimi olaraq yoxlanılmalı, təmizlənməli, yağlanmalıdır. Mexaniki saatları yaxşı olar ki, qolunuzdan çıxardanda sonra qurasınız. Belə siz qurğuya olan təzyiqi azaltmış olacaqsınız. Mexaniki saatlarla idmanla məşğul olmaq olmaz. Saatın üstünə düşən güc onun uzunmüddətliyi və dəqiqliyinə təsir edir. Avtomatik qurulan saatları həftədə bir dəfə qurmaq kifayətdir.

Batareya ilə işləyən saatlar daha az qulluq tələb edirlər. Lakin bu saatları da bir müddətdən sonra ustaya təmizlətdirməyə, yağlamağa ehtiyac var. Yaxşı olar ki, batareyanı belə ustaya dəyişdirtdirəsiniz. Əgər saatınız suya davamlıdırsa, ustadan sonra mütləq test elətdirin, korpusun düzgün bağlandığına əmin olun. Kalendar mexanizmini korlamamaq üçün 20:00 – 06:00 arası tarixi dəişməyin.

İsveçrə saatlarının əksəriyyətində şüşə sapfir olur. Belə şüşələri cızmaq çox çətin olsa da, mümkünsüz deyildi. Çalışın qiymətli daşlardan və metallardan uzaq, minimum zədə alına biləcək yerlərdə saxlayın. Yaxşı olar ki, saatı öz qutusunda saxlayasınız.

Sınmış və ya çatlamış şüşələri dərhal dəyişin, saatı soyuq yerdə saxlamayın, daş yerlərdə qoymayın (məsələn, mərmər), radio və digər maqnit dalğalar buraxan qurğulardan uzaq tutun. Bunlar hamısı saatın dəqiq işləməsinə mənfi təsir göstərir.

Məsləhət olunur ki, yatarkən saatı çıxardasınız, qeyri-şuurlu olaraq saata təzyiq göstərirsiniz, tər isə korpusa yığılaraq, saatın içinə düşə bilər. Əgər aktiv həyat tərzi aparırsınız isə, yaxşı olar ki, dəmir qolbaqlı saatlardan istifadə edəsiniz, əks halda tər dərini zamanla çürüdəcək.

Duzlu dəniz suyu saat işləmələrinə mənfi təsir göstərir. Bu səbəbdən sizin saatınızın suya davamlı olmasına baxmayaraq, dənizdən çıxdıqdan sonra sabunlu su ilə yumağa çalışın, təmizləyin. Duş qəbulu və suyun altında çox qalmaq məsləhət bilinmir. Beləki, əksər saatlar müəyən vaxtdan sonra su buraxmağa başlayırlar. Üzgüçülük və dərinliklər üçün xüsusi saatlar istehsal olunur. Suya davamlı saatlar isə yağışda və əlinizi yuduqda təhlükəsizdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri