Kişilərin etdiyi səhvlər və həll yolları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 959
Səs ver:
(səs: 0)
Qadınlar nə istər? Kişilər əsrlərdir bu sualın cavabını axtarır.
Əlbəttə qadınlar da günahsız deyil amma bəzən səhv bizdə ola bilir. Gerçək budur ki, qadınlar və kişilər fərqli düşüncə sistemlərinə sahibdir. Kişilər özlərinə davranılmasını istədikləri kimi davranarkən bu fərqli olma nöqtəsini gözdən qaçırırlar.

İndi baxaq nə səhvlər edir kişilər:

Səhv 1: Dinləməmək
Tanış gəldi deyilmi? Qadınların kişilər mövzusunda ən çox şikayət etdiyi mövzu budur. Dinləmənin gücünü kiçik hesab edilir. Qadınlar ünsiyyət sayəsində dopamin ifraz edər və bu da bağlılıqlarını artırar. Ortalama bir kişi içinsə bu etibarlı deyil. Bizlər qadınların qarşısındakı kişiyə bağlılıq eşitmək üçün danışmağa ehtiyac duyduqlarını kifayət qədər anlamır kişilər.

Həll: Əlbəttə sadədir, dinləmək və bunu göstərmək və sehrli sözləri söyləmək.

Səhv 2: Köməkçi olmamaq
Qadınlar günlərini ofisdə keçirir və evə gəlib yemək hazırlayırlar. Bizdən istəmədən qab-qacaqlara kömək etsələr nə olar?

Köməyə ehtiyac duysalar belə bunu söyləməyə bilərlər.Kişilər ev işlərinə kömək etməklə nələr qazana biləcəyini kiçik hesab edirlər, mütəxəssislər ev işləriylə cinsi əlaqə arasındabir əlaqə olduğunu söyləyir. Necə? Ev işlərinə kömək edən bir kişi qadınlar üçün ön sevişmə kimi.

Həll: Yenə sadə. Televizordan başınızı qaldırın və nə edir deyə baxın. Əsla "köməyə ehtiyacın varmı?" deyə soruşmayın, "edə biləcəyim bir şey varmı?" deyə soruşun.

Səhv 3: Səssizliyi səhv şərh etmək

Həqiqətdə qadının səssiz qalması incidiyini göstərər. Kişi yaranın bağlandığını düşünər halbuki səssizlik uzandıqca əlaqə pisə gedər. Kişi bu səssizliyi yaxşıya işarə hesab etsə də o sırada qadın qaçış planı edir ola bilər.

Həll: Qadın səssizsə kişi nəyin olduğunu soruşmalı. Sehrli sözlər "nə düşünürsən canım" və ya "səni qıracaq hər nə etdim bilmirəm amma təəssüf edirəm" ola bilər.
Nə düşündüyünü izah etməsi üçün ona güvən verəcək şəkildə yaxınlaşmalısınız.

Səhv 4: Ünsiyyət qura bilməmək

Qadınların kişilər mövzusunda şikayətçi olduğu bir mövzu, niyə ona nə düşündüyünüzü söyləmədiyinizdir.
Köhnə ovçular olaraq kişilər enerjilərini qənaət etməyə meyllidir. Bu səbəblə də özləri üçün açıq olan şeyləri dilə gətirməzlər.
Qadın kişiyə kinoya getməyi təklif etdiyində kişi yalnız "xeyr" deyər, şərh etməz. O sırada park yeri tapmanın çətin olduğunu, izdiham olacağını, işdən yorğun gəldiyini düşünər amma bunları söyləməz, qadınlar da bunu "mənimlə bir şey etmək istəmir" hesab edər.

Həll:
Açıq danışmaq və səbəbləri izah etmək. Əgər səbəbini izah etsək və hətta başqa bir şey təklif etsəniz problem qalmaz. Məsələn:"niyə evdə qarğıdalı partladıb gözəl bir DVD izləmirik?". Təklifiniz qəbul görməsə belə qadın sizin maraqsız olduğunuzu düşünməz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri