Müasir şəhər kişisinin qidalanma qaydası

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 534
Səs ver:
(səs: 0)
Səhər işyerinizdə günə başlarkən çay, qəhvə yerinə, böyük bir stəkan su ilə günə başlayın.

Günün ən əhəmiyyətli payı olan naharı əsla atlamayın. səhər yerində yumurta qəbul etməyə çalışın.

Naharınızı işyerində edirsinizsə qoğal, açma yerinə ağ pendirli, pomidor və xiyar kimi tərəvəzlərdən ibarət olan tam taxıllı buterbrod seçin.

Rəngli qidalanın! Turuncu, bənövşəyi, qırmızı, yaşıl, ağ, qəhvərəngi… Hər rəngdəki meyvə və tərəvəzdən hər gün az da olsa qəbul etməyə çalışın. Unutmayın hər rəng fərqli antioksidan tərkibini göstərər.

Gündə 3 fincan qəhvə için. Qəhvə maddələr mübadiləsini sürətləndirər, performansı artırar, depressiyadan qoruyar və çox güclü təbii antioksidanlar ehtiva edər. Qəhvələrinizdə krem deyil, süd seçin; şəkər istifadə etməyin.

Gün içində ara paylarınıza laqeyd yanaşmayın; 3 saatda bir kiçik ara naharlar edin. İş performansınızın və konsentrasiyanızın da artdığını görəcəksiniz.

Sağlam ara paylar seçin. Məsələn: Meyvəli qatıq və ya təzə meyvələr və ya yulaflı bisküvi+sütlü qəhvə və ya tost+ayran və ya quru meyve+süt və ya 2 ceviz+quru meyvə və ya kefir+quru meyvə kimi.

Gün içərisində lift yerinə nərdivan istifadə edin.

Hər gün 1 saat yüngül temp gediş edin. İdeal kilonuzu qorumaq üçün çox əhəmiyyətli olan gediş, ürək sağlamlığınızı da qoruyar.

Fiziki fəaliyyətinizi artırmaq və təbiəti qorumaq adına avtomobil yerinə kütləvi nəqliyyata istifadə etməyə çalışın.

2 saatdan çox masanızda hərəkətsiz oturmayın. Ofis içində tez-tez hərəkət edin.

Günorta yeməklərində fastfood restaurantlar yerinə ev yeməkləri və ya qızartma tərzi qidaların təqdim edildiyi yerləri seçin.

Masa başı işləyərkən ağ çay, çobanyastığı çayı, ada çayı, melisa kimi bitki çaylarını seçim edə bilərsiniz.

İçki olaraq turşulu içkilər və hazır meyvə sularından qaçın. Bunların yerinə limonlu açıq çay, bitki çayları, təzə sıxılmış meyvə şirəsi, ayran, süd seçim edə bilərsiniz.
İş yığıncaqlarının sizi şişmanlatmasına icazə verməyin! Yığıncaq əsnasında edilən atıştırmalar, sağlam seçimlərdən meydana gəlməli. Təzə və ya quru meyvələr, qoz, fındıq, badam kimi yağlı toxumlar yığıncaq masasında ola bilər.

Gündə 2,5 lt. su içməyə laqeyd yanaşmayın. Avtomobilinizdə, əl çantanızda, iş masanızda, başınızdakı komidinde hər daim su saxlayın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri