Kişilərdə protein cinsi gücə necə təsir edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 895
Səs ver:
(səs: 0)
Daimi streslər, yanlış qidalanma, cinsi infeksiyalar, siqaret və həddindən artıq alkoqol qəbulu – bunların hamısı sağlamlığı artırmır və ereksiyaya mənfi təsir göstərir. Sadalananların fonunda istənilən əlavə faktor seksual həyata mənfi təsir göstərə bilər.

Səbəb 1. İdmanda 2 tip vasitələr istifadə olunur – idman qidaları (protein, amino, qeyner və s.) və steroidlər. Məlumdur ki, bodibildinqdə steroidlərin tətbiqi istər-istəməz orqanizmdə ciddi pozuntulara, o cümlədən testesteron hasilatının azalması nəticəsində cinsi zəifliyə gətirib çıxara bilər. Çoxları düşünürlər ki, idman qidaları və steroidlər eyni vasitələrdir. Əslində isə bu vasitələr tamamilə fərqlidi – steroidlər hormonal dərman preparatlarıdı, idman qidaları isə – süddən, ətdən və yumurtadan hazırlanan QİDALARDIR. Proteinin zərərli təsiri haqqında “nağıl” da buradan yaranıb.

Səbəb 2. Kişiliyə real təsir edən faktorlardan biri də fiziki yüklənmələrin həddindən çox olmasıdır. Qida əlavələrinin qəbulu deyil, məhz gündəlik üzücü məşqlər məşq edən insanların sağlamlığına mənfi təsir edir. Buna görə də məşq rejiminiz elə olmalıdır ki, yüklənmələr orqanizmdə mənfi deyil, müsbət dəyişikliklər yaratsın. Yuxu və istirahət rejiminə riayət etmək orqanizmin bərpa olunma proqramının həyata keçirilməsi üçün əsas şərtdir. Bu prosesdə böyük rolu qidalanma rasionu oynayır. Əgər bütün bunlar baş vermirsə, potensiya zəifləyəcəkdir və bunun səbəbi protein deyil.

Səbəb 3. Əgər yeni başlayan idmançı proteinin cinsi gücə necə mənfi təsir göstərdiyi haqda heç olmasa bir dəfə hər hansı bir əhvalat eşidibsə, bu istər-istəməz onun düşüncəsində iz qoyur və “kişiliyə” real təsir göstərə bilər, çünki kişinin cinsi gücü yalnız fiziki sağlamlıqdan deyil, həm də psixoloji vəziyyətdən asılıdır. Bu hal elmdə çoxdan məlumdur və “plasebo effekti” adlandırılmışdır. Bu el içində yayılmış fikir ilə yeganə mübarizə üsulu idman qidaları haqqında oxumaq və informasiya toplamaqdı. Bu bütün mifləri alt-üst etmək və optimal idman qidasını savadlı şəkildə seçməyə kömək edəcəkdir.

İdman qidaları – dərman preparatı deyil və dopinq sayılmır və bütün idman növlərində rəsmi istifadə olunur. Azərbaycanda çox vaxt idman qidaları ilə steroid hormonlarını qarışdırırlar və steroidlərə xas olan yan təsirləri idman qidalarına aid edirlər. Amma bu tamamilə səhvdir! İdman qidaları tam təbii (heyvan və ya bitki) mənşəli komponentlərdən hazırlanır və əlbəttə ki nə cinsiyyət sisteminə, nə də ki ümumi orqanizmə mənfi təsir göstərmir, əksinə müsbət təsir edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri