Bunlar sizi daha cazibədar edəcək – Kişilərin diqqətinə

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 937
Səs ver:
(səs: 0)
Güclü olmaq
Bu heç də kişilərin dediyi bütün sözlərin yerinə yetirilməsi demək deyil. Fiziki gücü də bir kənara qoyuruq. Güclü olmaq onun həyata olan gücü, duruşu, dayanıqlılığıdır.

İncə davranış
Güclü xarakteri ilə yanaşı incə davranış, onun da qorxularının, gücsüz qaldığı məqamların olmasını bilmək qadınların xoşuna gəlir.

İsti münasibəti
Qadınların istilik, səmimiyyət olmayan yerdə işləri olmaz. Məqamında göstərilən istilik qadınları onlara bağlayır. Bağlı qapılar, buz kimi divarlar qarşısında heç bir kişiyə çatmaq mümkün deyil.

Ruhi yetkinlik
Ruhi yetkinlik nədir? Əxlaqi dəyərlərin bütün həyatına yayılmasıdır. Ruhi yetkinlik olduğu kimi görünmək, güvən hissi bəxş etməkdir. Ruhi yetkin olan kişi cazibədar görünür.

Güldürərkən düşündürən kişi

Zarafatları ilə güldürərkən düşündürən kişilərə ehtiyac yoxdur. Əyləncəli və yumoru güclü olan kişinin şirinliyi qadınlara bəs edir. Ya da belə deyək, qadınları ən çox gülərkən görməyi sevən kişilərə heyranıq.

Düşüncəli
Səni tanımaq istəyən, tanıyan, nəyi xoşladığın bilən, sənin razı qalacağın kiçik və mənalı sürprizlər edə bilən, sözləri ruhunu oxşayan kişiləri qadınlar çox sevir. Daha çox söz yazmağa ehtiyac yoxdur.

Əsəbi vəziyyət
Bir kişini əsəbi halında daha yaxşı tanımaq olar. Söhbət iqtisadi çətinliyin yaratdığı əsəbilikdən getmir (lakin kiçik də olsa, bunun da bir payı var). Hadisələrin ən dözülməz hal aldığı vəziyyətdə özünü idarə etməyi bacaran kişi qadınlar tərəfindən cazibədar görünür.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri