Saqqalın faydaları

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 786
Səs ver:
(səs: 1)
Araşdırmaçılar da Darvinin nəzəriyyəsinə dəstək olaraq, qadınların saqqalı kişiləri saqqalsız kişilərdən daha cazibədar hesab etdiklərini ortaya çıxarıb. Kişiləri qadınlara cazibədar göstərməklə yanaşı, saqqal həm də sağlamlıq baxımından faydalıdır.Saqqalın sağlamlığa olan faydalarını təqdim edir.

Dəri xərçəngini əngəlləməyə kömək olur. "Southern Queensland" Universitetinin apardığı araşdırma zamanı saqqalın zərərli UV şüalarının 95 faizini əngəllədiyini ortaya çıxarıb. Daha az UV şüalarına məruz qalan dərinin xərçəngə yoluxma riski aşağı olur.

Asma və alergiyaya qarşı müdafiə edir. Çiçək tozu və tozlara qarşı alergiyanız varsa, asmadan əziyyət çəkirsinizsə, saqqalınız sizi qoruyacaq. Xüsusən bığların alergiyaya səbəb olan amillərin tənnəffüsünü əngəlləmək baxımından faydalı olduğu isbat edilib.

Saqqallar cildinizi nəmli saxlayar və soyuq havayla yanaşı, dərinizi küləyə qarşı qoruyaraq, qurumasını əngəlləyər. Nəmli qalan dəriniz gec yaşlanacaq. Bununla yanaşı, saqqallı cildə sürtülən nəmləndiricinin təsiri saqqalsız cildə sürtülən nəmləndiricidən daha yüksək olur. Çünki saqqalsız cilddə krem xarici təsirlərə məruz qaldığı üçün göstərdiyi müsbət təsiri zəifləyir.

Soyuqdəyməyə qarşı qoruyur. Xüsusən boğaz və çənə nahiyəsində çıxan saqqal istiliyi təmin edir və soyuqlamaqdan qoruyur.

Bakterial infeksiyalara mane olur. Mütəxəssislər kişilərə üzü təmizləyərkən dərinin korlanması, üzdə yaranan qızartı və kəsiklərlə birlikdə bakterial infeksiyalara yoluxmamaq üçün saqqal saxlamağı məsləhət görürlər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri