Kişilərin diqqətinə: "Viaqra"nı əvəz edən qida

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 5 558
Səs ver:
(səs: 1)
Son illər cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Bu cür dərmanlardan istifadə edənlərə dünyanın bir çox ölkəsində rast gəlinir. Onların arasında sadə insanlarla yanaşı tanınmışlar da var. Türkiyədə yaşayan əslən azərbaycanlı müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişdiyi hamıya məlumdur. Ümumiyyətlə, bu tip preparatlardan mütəmadi istifadə xoşagəlməz əks təsir göstərə bilər.

Kişilərin diqqətinə:

Mütəxəssislər bu cür dərmanların istifadəsinin dayandırılmasını və onu əvəz edən tərəvəzlərə üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu bildirirlər. "Viaqra" kimi cinsi aktivliyi artıran tərəvəzlərdən də biri qovundur. Belə ki, aparılan araşdırmalar yemişin kimyəvi tərkibinin çox zəngi olduğunu ortaya çıxarıb. Burada sellüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var. Bununla yanaşı, yemişin qoxusunun kişilərdə cinsi istəyi və aktivliyi artırdığını bildirilir. Yeməkdən öncə yeyilməli olan bu bostan meyvəsi həmçinin rahat yatmağa da səbəb olur.

Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.

Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Yemiş və xüsusilə yemişin şirəsi əla sidikqovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir.

Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır.

Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə (tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri