Kişi saatındaın tanınar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 921
Səs ver:
(səs: 1)
Kişinin zövqü həm də onun istifadə etdiyi aksesuardan bilinər. Bu dəfəki məqalədə isə biz sizə kişinin saatı ilə onun xasiyyəti arasındakı əlaqədən söhbət açmaq istəyirik.

Dördkünc saat sevənlər
Bu tip insanlar rəhbərlik etməyi və plan qurmağı çox sevirlər. Onun dediyi bütün sözlər, hətta bütün həyatı belə əvvəlcədən düşünülmüş, planlaşdırılmışdır. Qeyri-adi hadisələri, sürprizləri və sirləri xoşlamazlar. Müşahidəçidirlər, tələbkardılar və təşkilati işləri sevirlər. Belə kişilərin öhdəsindən yalnız işgüzar qadınlar gəlir.

Dairəvi saat sevənlər
Mehriban və sakitdir. Şirin dili ilə ilanı yuvasından çıxarar. Bu şəxslər başqalarına qulaq asıb onların problemlərini həll etməyə can atar. Belə insanlar çox romantik olur və onları ələ almaq üçün sadəcə bir-iki xoş söz kifayət edər.

Düzbucaq saat sevənlər
Bu insanlar bəlkə də dünyanın ən səbirli və inadkar insanlarıdır.Dəyişikliyi xoşlamırlar və vərdişlərindən əsla əl çəkməzlər. Onların “Sən nə istəsən, edəcəm təki bir “hə” de”” sözünə aldanmayın. Belələri ilə özünü ailəsinə həsr edən, səbirli evdar qadın yola gedə bilər.

Standat olmayan saatları sevənlər
Onların xoş sözlərinə aldanmayın. Belələri heç bir işi sona çatdırmır. Amma onların intuisiyaları çox güclü olur. Bu tip insanlar yaradıcı olur və istənilən çətin vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətləri var.

Saat taxmağı sevməyənlər
Elə kişilərdə var ki ,onlar ümumiyyətlə saat taxmağı sevmir. Bu tip insanlar həyatsevər, problemləri haqqında fikirləşməyən, sadəcə bu gün üçün yaşayan insanlardır. Sevgi onlar üçün gəldi-keçər bir oyundur.

Sevda Ömərova
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri