Kişilər özlərini qadınlara necə sevdirə bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 856
Səs ver:
(səs: 1)
1. Qəşəng olmağa çalışmayın!
Çünki qızların əksəriyyəti oğlan seçimində qəşəngliyə o qədər də üstünlük vermirlər. Kişi kimi olan oğlanlar qızlarda daha çox maraq oyadırlar.

2. Qızda özünə qarşı rəğbət oyatmağa can atmayın!
İnanın ki, diqqət mərkəzində olmaq istəyərkən daha da gözdən düşə bilərsiniz.

3. Hərəkətinizə görə qızdan icazə almayın!
Qıza xoş olsun deyə hər dəfə ondan mədəni sürətdə icazə almağınız, aranızda yaxınlıq yaranmasına imkan vermir. Unutmayın! Qızla pis davranmağınız da sizə ziyandır.

4. Bahalı hədiyyələr almağa üstünlük vürməyin!
Sevgiliniz elə bilər ki, siz onun hisslərini satın almaq istəyirsiniz.

5. Vaxtından əvvəl hisslərinizi onunla bölüşməyin!
Təəsüflər olsun ki, güclü cinsin əksər nümayəndələri bu səhvə yol verirlər. Yadda saxlayın ki, “Sən mənim çox xoşuma gəlirsən” , “Mən səni həqiqətən də sevirəm” , “Mənim sənə qarşı hisslərim ciddidir” kimi ifadələrin tez-tez işlənməsi qizlari bezdirə və sizin fikrinizin ciddi olmasına şübhə yarada bilər.

6. Qıza olan hisslərinizi gizli saxlamayın!
Bir faktı nəzərədən qaçırmayın ki, qızlar düşüncə tərzinə görə çox fərqlənirlər. Yəni oğlanlar qəşəng, cazibədar qız görən kimi, ilk növbədə onu “ələ keçirmək” haqda düşünürlər. Oğlanları qızların onlara qarşı olan hissləri maraqlandırmır. Qızlar isə əksinə ilk növbədə oğlanların onlara qarşı hansı hisslər keçiridkləri ilə maraqlanırlar.

7. Pulunuza və xarici görünüşünüzə arxalanmayın!
Oğlanlar elə bilirlər ki, qızları ancaq pul kisəsi və cəlbedici xarici görünüş maraqlandırır. Belə qızlar da var. Amma əksəriyyət qızları pul kisəsi, xarici görünüş deyil, sadəcə gələcək həyat yoldaşının şəxsiyyəti maraqlandırır.

8. Bütün hakimiyyəti qızın əlinə verməyin!
Axi qızlar zəif xarakterli kişiləri xoşlamırlar.

9. Qızın yanında hərəkətlərinizi beyninizdəə çox götür-qoy etməyin!
Qızların hissetmə qabiliyyəti oğlanlardan qat-qat güclüdür. Cəsarətli olun! Əgər qiz hiss etsə ki, siz addım atmazdan əvvəl hər şeyi dəfələrlə fikirləşirsiniz, bax onda münasibətlər korlana bilər. Çünki qızlar qəti addım atılmasını gözləyirlər.

10. Qızdan kömək və məsləhət istəməyə çəkinməyin!
Kişilər zəif görünmək istəmirlər, amma bütün insanların köməyə və ağıllı məsləhətlərə ehtiyacı var.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri