Kişini kişi edən nədir?

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 3 847
Səs ver:
(səs: 1)
Kişi dedikdə xəyalımıza həm fiziki, həm mənəvi güclü, nə istədiyini bilən, qarşısına qoyduğu məqsədlərə doğru addımlayan və ya hər kəsin öz düşüncəsinə görə canlandırdığı müxtəlif xüsusiyyətlərə malik fərd gəlir.

Bəs bu xüsusiyyətlərin testesteron adlı hormonun miqdarı ilə əlaqəli olduğunu bilirsinizmi?

Testosteron nədir? Onu necə artırmaq olar? Ümumiyyətlə, bunu etmək lazımdırmı? Bəs hansı xəstəliklər və ya patoloji hallarda testosteron yoxlanılmalıdır? Bu suallar gec-tez hər bir kişini maraqlandırır və bu maraq yerində və məntiqlidir. Lakin çox təəssüf ki, məlumatsızlıq üzündən səhv olaraq bəzi yanaşmalar mövcuddur. Məsələn, kriptorxizmi olan uşaqlarda (xayası xayalıqda olmayan) testosteron yoxlanılır, yaxud, hormonal sistemdəki "çox ağıllı" əks-əlaqə prinsipi nəzərə alınmadan əzələ kütləsini artırmaq məqsədilə testosteron tərkibli dərmanlar istifadə edilir. Gəlin düzgün yanaşma və ziyansız alternativ yollarla tanış olaq.
Testosteron kişi hormonları arasında başlıca olandır. Məhz bu hormon kişilərin seksuallığına, əzələ sisiteminə, hətta karyerasına nəzarət edir. Testosteron bir "dirijor" kimi orqanizmin bütün sistemlərinə, düşüncə tərzinə, yaradıcılıq qabiliyyətinə, enerji və davranış stilinədək təsir edir.
Kişi orqanizmində testesteron xayalarda Leydiq hüceyrələrində hasil olunur. Hormonun hasilinin ilk piki bətndaxilində baş verir. İldən-ilə isə testosteron hasili tədricən azalır və 35-50 yaşlarda daha çox azalma gedir. Testosteron azaldan faktorlara alkoqoldan istifadə, ətdən tam imtina, yanlış yuxu rejimi, zərərli vərdişlər və s. aiddir.

Testosteron aşağıdakı hallarda yoxlanılmalıdır:

- kişi cinsi zəifliyin
- oğlanlarda cinsi inkişafdan geri qalma
- 9 yaşdan kiçik erkən cinsi inkişaf
- sonsuzluq
- qadınlarda sonsuzluq
- qadınlarda tüklənmə

Bəzi idmanla məşğul olan kəslər testosteron tərkibli dərmanlar qəbul edir. Lakin bu, çox ciddi nəticələrə səbəb olaraq sonsuzluq, cinsi zəiflik, hormonal disbalans, ginekomastiya (kşilərdə süd vəzilərinin böyüməsi), qaraciyər yüklənməsinə və s. gətirib çıxarır.
Bəs necə olur ki, testosteron qəbul edildiyi halda orqanizmdə tədricən azalması baş verir? Hormonal sistemdə əks-əlaqə prinsipi vardır. Əgər hər hansı bir hormon kənardan hazır şəkildə qəbul edilirsə, orqanizmdə onu hasil edən orqan "tənbəlləşir" və bu hormonun istehsalı zəifləyir. Bəs nə etməli?! Problem və ya xəstəlik var və onu aradan qaldırmaq lazımdır.

Bioloji təbabətin köməyi ilə bir çox problemləri orqanizmə əlavə ziyan vurmadan həll etmək mümkündür. Bioloji təbabətdən istifadə edən həkimlər alınan nəticələri gördükdə çox təəcüblənirlər, bir sistemin xəstəliyini müalicə edərkən digər orqanlarda olan xəstəliklər də aradan qalxdığı müşahidə olunur. Bəs bu necə baş verir? İş burasındadır ki, bioloji təbabət orqanizmi ayrılmaz vahid şəklində görür və hormonal sistemə təsir edərkən bütün endokrin (hormon sintez edən vəzilər) vəziləri və onlar arasındakı əlaqəni nəzərə alır, daxili özünü tənzimləmə qüvvələrini işə salır və orqanizmə dəstəkləyici təsini göstərir. Dünyanın Almaniya, İsveçrə, İtaliya, Ukrayna, Rusiya, Kolumbiya, Azərbaycan kimi ölkələrində bioloji təbabət prinsiplərini əsas tutaraq fəaliyyət göstərən bir çox tibb ocaqları vardır.
Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri