Kişilər daha gec yetkinləşir

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 939
Səs ver:
(səs: 0)
Hətta münasibətlərdə qərar verən tərəfin də məhz zərif cinsin nümayəndələri olduğunu iddia edirlər. Buna görə əsasları da var. Onların fikrincə, kişilərin sürətlə maşın sürmək, gecə yarısından sonra yemək kimi vərdişləri gülüncdür.

"Nickelodeon" televiziya kanalının apardığı araşdırmaya görə, kişilər 43 yaşından sonra yetkinləşə bilirlər. Qadınlarda isə bu, 32 yaşdır. Sorğuya qatılan qadınların bir qismi isə bir çox kişilərin əsla müdrikləşmədiyini düşünürlər. Sorğuya qatılan kişilər də uşaqca davrandıqlarını təsdiqləyiblər.

Araşdırmaya görə, kişilərin yetkinləşmədiyini göstərən faktorlar aşağıdakılardır:

1. Gəyirməyin gülməli olduğunu düşünmək
2. Gecə yemək yemək
3. Kompüterdə oyun oynamaq
4. Sürətlə maşın sürmək və yanındakı maşınla yarışmaq
5. Yüksək səslə maşında musiqi dinləmək
6. Ağır zarafatlar etmək
7. Oyunlarda uşaqlarla rəqabət etmək
8. Asan yeməkləri belə bişirə bilməmək
9. Daima eyni axmaq lətifələri danışıb gülmək
10. Özləri haqqında danışmamaq
11. Kitab oxumaqdan nifrət etmək
12. Yersiz rəqs etmək
13. Tərəvəz yeməmək
14. Yerə zibil atmaq
15. Analarına paltar yudurtmaq
16. Qadınların yanında özünü göstərmək
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri