Kişilərin tez-tez istifadə etdiyi, amma qadınların ən yaralı yeri olan ifadələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 904
Səs ver:
(səs: 1)
Elə ifadələr və söhbətlər var ki, qısa zaman kəsiyində kişini qadının, qadını da kişinin gözündən sala bilər. Təsadüfi deyil ki, “Birdən birə sənə nə oldu?”, – sualına tez-tez rast gəlirik. Halbuki hadisə birdən-birə deyil, bir neçə dəqiqə ərzində danışılan söhbət və ya işlədilə ifadələrdən sonra baş verir.

Kişilərin tez-tez istifadə etdiyi, amma qadınların ən yaralı yeri olan ifadələri təqdim edirik:
Qadının çəkisi ilə bağlı edilən zarafatlar.

Söyüşlü ifadələr.
Üçüncü şəxsə təqdim edilən zaman “sevgilim”, “dostum”, “qonşum” və s. deyib, qadının adını deməmək. (Onlar bu həyatda yalnız sizin sevgiliniz, qonşunuz, dostunuz olaraq mövcud deyillər. Ən önəmlisi illərlə daşıdıqları adları var)

Köhnə sevgiliniz haqqında söhbətlər. (Amma onların çirkin, yanınızdakından qat-qat pis bir qadın olduğunu deyirsinizsə, bu başqa məsələ)

Qadının öz bədəni və yaxınları haqqında dediyi mənfi fikirləri sizin də deməyiniz. (Məsələn, qadın “anam çox bacarıqsız adamdır” deyirsə, bu o demək deyil ki, 5 gün sonra siz də “anan çox bacarıqsız adam imiş”, – deməlisiz. Vay o günə ki, qadının “ombam günü-gündən lap böyüyür” sözünü də günlərin bir günü özünə qaytarasız. Ehtiyatlı olun)

Əsgərlik xatirələri və futbol söhbətləri. (Unutmayın, əsgrlikdə olmayıblar, çoxlarının da futboldan zəhləsi gedir)

Dəxli oldu, olmadı söhbəti seksə gətirmək. (Siz və onlar arasında bu məsələdə dağ və aran qədər fərq var. Bəzi məsələlərin müqayisəsi zamanı bütün canlıları bir cərgəyə düzsəniz, qadın və kişi iki ayrı qütbdə duracaq qədər fərqli mövqelərə sahibdir.)

Aybaşı haqqında sual və onların bu durumu şişirtmələri barədə fikirləriniz… (Öz aramızdı, haqlıdırlar, axı heç vaxt aybaşı olmamısınız)

Özünüzü öyməniz. (Ələlxüsus da hansısa qadının sizin haqqınızda dediyi xoş sözləri onlarla bölüşmək. Bərbad durum yaranacaq)

Onuncunu isə deməyə ehtiyac yoxdur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri