Birini mütləq tanıyacağınız 12 ata tipi

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 186
Səs ver:
(səs: 0)
Ata - həyatımızdakı ən əhəmiyyətli fiqurdur. Bir çox şeyi ondan öyrənir, həyata onlar sayəsində hazırlaşırıq. Ondan nümunə götürürük. Hər ata eynidirmı? Əlbəttə deyil, budur, çox güman ki, atanızın da daxil oldduğu 12 ata tipi:

1. Uşaqla bağlı bütün məsuliyyəti anaya təhvil vermiş rahat ata :
Uşağın inkişafıyla, məktəb həyatıyla, gəzib-dolaşmasıyla, dostlarıyla əlaqədar hər şeyi anaya təhvil vermişdir. Yalnız evə pul gətirməklə məşğuldur. Ya rahat olduğu üçün belədir, ya da atalığı bacarmadığı üçün.

2. Uşağıyla yalnız bayram günlərində vaxt keçirən part-time ata :
Həftə ərzində çalışdığı üçün uşağına yalnız həftə sonları vaxt ayıra bilir. Əslində uşaqlarıyla birlikdə olmaq istəyir, amma eyni zamanda onların gələcəyi üçün işləməyi də lazımdır.

3. Uşağına hər gün vaxt ayıran qayğıkeş ata :
İşi nə qədər yorucu olursa-olsun, hər zaman uşağına vaxt ayırır. Övladının yaxşı inkişafı üçün varlığının əhəmiyyətini yaxşı bilir.

4. Uşağını əyləndirən şən ata :
Uşağını əyləndirməkdən zövq alır. Anası ev tapşırıqlarına kömək edib öz işlərini görərkən uşağını bu tip atalar əyləndirir.

5. Uşağın hər işinə yetişməyə çalışan dağınıq ata :
Son dərəcə istəkli, uşağını çox sevən, ancaq hər işinə yetişim deyərkən heç bir işə çatmayan, adətən bir uşağı olan naşı atalardır. Yavaş-yavaş alışar və uşaqla olan əlaqələrini düzəldər.

6. Uşağın zəruri ehtiyaclarını qarşılamaqla kifayətlənən bioloji ata :
Qarnı doysun, yatacaq yeri olsun, cibində cibxərcliyini olsun, kifayətdir - belə anlayışa sahib olan atalardır. Uşaqla yaxın əlaqə qurmaqdan çəkinirlər, onun ehtiyaclarını ödəməklə kifayətlənirlər.

7. Uşağın inkişafında intizamı ön planda tutan sərt ata :
Çox tez-tez rast gəlinən ata tipidir. Uşağın inkişafı üçün intizamın lazım olduğuna inanır və bunun üçün sərt yollara əl atmaqdan çəkinmirlər. İntizama bəli, amma sərtliyə xeyr.

8. Uşağıyla oyunlar oynayan dost ata :
Uşağın həyatını rəngləndirən, uşaqla uşaq olmasını bilən nadir ata tipidir. Hər hadisəni əyləncəli hala gətirə və hər şeydən bir oyun çıxara bilər. İşin maraqlısı odur ki, rahat görünməsinə baxmayaraq, intizamlı və nizamlı atalar bu tiplərdən çıxar.

9. Uşağıyla vaxt keçirmək istəyən, amma zaman tapa bilməyən ata :
İş saatlarının naməlum olması və ya tez-tez səyahət etməsi lazım olduğu üçün uşağına vaxt ayıra bilməyən, bundan ötrü kədər hissi keçirən atadır. Uşağıyla keçirdiyi vaxtları dolu-dolu keçirmək üçün uşağı ərköyün etməyə meylli olarlar.

10. Uşağını ərköyün böyüdən ata :
"Eeeh, neçə dəfə uşaq olacaq, burax istədiyini etsin" deyərək uşağa sərhədsiz hərəkət imkanı yaradan, buna görə də analar tərəfindən çox da sevilməyən ata tipidir. Uşaqlar tərəfindən çox sevilər, amma uşağın gələcək həyatında məsuliyyətsiz biri olmasında əməyi böyükdür.

11. Uşağa təzyiq edən avtoritar ata :
"Uşaq valideynlərin birindən qorxmalıdır" düsturunu mənimsəmiş, buna görə də uşağın qorxduğu valideyn olmaq işini boynuna götürmüş atadır. Bir baxışıyla uşağı muma çevirmək kimi maraqlı istəkləri ola bilər. Haqqında "Atam sərt görünür, amma qızıl kimi ürəyi vardır" deyilən atalardır.

12. Uşağı ondan bir şey istəmədikcə ünsiyyət qurmayan
laqeyd ata :
İstəmədən ata olmuş, ya da ata olduqdan sonra məsuliyyəti ağır olduğu üçün boşanmış atalardır. Uşaqları onlarla ünsiyyət qurmadıqca özləri buna səy etməzlər. Ata olduğunu bilir, amma sərhədlərini uşağın çəkməsini istəyir.

Bəs sizin atanız hansı tipdədir? Fikirlərinizi bizimlə bölüşün...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri