Güclü əzələlərə sahib olmaq üçün idman etmək şərtdir. Lakin bəzi qidalar da əzələ yaratmağı asanlaşdırır.
Yumurta Hər yumurtanın tərkibinə ya 6-8 qram arası zülal daxildir. Eyni zamanda vitamin, sink, dəmir və kalsium var.
Balıq yağı Balıq yağı bədən üçün əhəmiyyətli bir köməkçidir. Maddələr mübadiləsini sürətləndirir.
Toyuq Hər toyuqdan 30-100 qram arası zülal var. Qızardaraq və ya sobada bişirərək, yeyə bilərsiniz.
Yulaf Yulaf ən sağlam qidalardandır. Lif, zülal, mineral və vitamin anbarıdır. Mütləq yulaf yeyin.
Ananas Ananasın tərkibində olan zülal həzmi asanlaşdırır. Məşqdən sonra, naharda, pay aralarında yeyə bilərsiniz. Eyni zamanda əzələ iltihabını azaldır.
İspanaq Tədqiqatçılar ispanağın tərkibində 20 faizə qədər əzələ böyüməsini artıran maddələr olduğunu deyirlər.
Kartof Mükəmməl A və C vitamini, kalium, riboflavin, mis, pantothetic və fol turşusu qaynağıdır.
Somon balığı Omega-3 yağ turşuları əzələ inkişafında əhəmiyyətli yer tutur. Bununla yanaşı, somon balığı yemək maddələr mübadiləsini sürətləndirir.
Brokoli İspanaq, pomidor, qarğıdalı və bibərlə birlikdə salatınıza brokoli də əlavə edin. Bu tərəvəz mineral və lif qaynağıdır.
Qəhvəyi düyü Bu düyü olduqca sağlam karbohidratdır. Enerji verir. Məşq əsnasında da sizə dəstək olar.
Kəsmik Kəsmik zülal baxımından olduqca zəngindir. Uzun müddət toxluq hissi verir.
Şokoladlı süd Əzələ yaratmaqda təsirlidir. Məşqdən sonra bir stəkan şokoladlı süd içmək sizə güc verəcək.
Banan Olduqca qidalandırıcı meyvədir. Şəkər nisbəti bir az yüksəkdir. Lakin əzələ istehsalını dəstəkləyir.
Mərcimək və noxud Zülal üçün ət yemək məcburiyyətində deyilsiniz. Vegetarianlar də zülal üçün bu qida elementlərini istifadə edə bilərlər. Balanslı qidalanmada təsirli olan bu paxlalılardan yeyə bilərsiniz.
Badam Zülal və yağ baxımından əhəmiyyətli bir qaynaqdır. E vitamini tərkiblidir. Güclü bir antioksidantdır.
İdman etmək Bədəndə əzələ yaratmaq üçün ən doğru yol idman və balanslı qidalanmadır. İdman etdikdən əvvəl və sonra da özünüzə diqqət yetirməli, doğru qidalar yeməlisiniz.