Səsi nazik olan kişilər, DİQQƏT: sizdə bu xəstəlik ola bilər

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 780
Səs ver:
(səs: 0)
Puberfoniya nədir, əlamətləri nələrdir? İnsanda özgüvən probleminə yol açan bu səs probleminin müalicəsi mümkündürmü?

Qadınla.com çoxlarınızın məlumatsız olduğu bu xəstəliklə bağlı maraqlı faktları təqdim edir.

Yeniyetməlik dövründə böyümə və hormonların təsiri ilə tənəffüs, fonasiya (səslənmə) və rezonans orqanları inkişaf etməyə, bu səbəbdən səsin pərdə və keyfiyyəti dəyişməyə başlayır. Bu dəyişikliklər oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha qabarıq olur. Yeniyetməlik dövründə pərdə və səs qırılmaları, stabillik və səs qısıqlığı kimi problemlər görülə bilər. Qırtlaq toxumasında hər hansı bir problem olmamasına rəğmən səs qalınlaşmayıb nazik qala bilər.

"Səsim uşaq səsinə bənzəyir"

Mutasion falset, digər adı ilə puberfoniya adlanan, yeniyetməlik çağında ortaya çıxan, müalicə edilmədiyi təqdirdə irəli yaşlara qədər davam edə bilən, səs pərdəsinin anormal səthdə olması, pərdə qırılmaları və tək pərdədən danışma ilə xarakterizə edilən səs problemidir.

Xəstələr əsasən "səsim çox nazik çıxır, danışanda qəfildən nazikləşir, ya da qısılır" kimi şikayətlər edir. Belə xəstələrdə səs teli müayinəsində anatomik və fiziki bir problem müşahidə edilmir.

Danışarkən vokal tellərin ancaq ön qisminin titrəməsi səsin incəlməsinə, fısıltılı, ya da nəfəsli olmasına səbəb olur. Mutasion nadir görülən problem deyil. Səs problemindən dolayı həkimə müraciət edənlərin 2-3%-də bu problem ortaya çıxır. Bu şəxslər çox vaxt telefonla danışarkən cinsiyyətləri aydın olmadığından lağ obyekti olurlar.

Əlamətləri nələrdir?

Zəif, fısıltılı, boğuq səs, səs qırılmaları, səs qısıqlığı.

Səbəbləri nələrdir?

Yeniyetməlik dövründəki dəyişikliklərə qarşı çıxmaq, yeniyetməlik dövründən sonrakı səsdən xoşlanmamaq, gənc qalmaq istəyi, utancaqlıq, psixoloji problemlər.

Necə müalicə edilir?

Bu problemin müalicəsi daha rahatdır. Dəqiq müsbət sonluqla nəticələnir. Səs müalicəsi ilə ilk seansda xəstə öz səsinə qovuşmuş olur. Səs seansının vaxtı 45 dəqiqədir. Bu müalicədə xəstəyə psixoloji müalicə də alması tövsiyə edilir.

Bunun səbəbi isə problemin xəstənin həm psixoloji, həm də sosial baxımdan travmalar yaşamasıdır. Mutasion falset insanda özgüvən problemlərinə yol açır. Bu insanlar özlərinə qapanmış, utancaq biri olurlar. Sosial münasibətlərində problem yaşayırlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri