Qızlara nə qədər pul xərcləməli?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 153
Səs ver:
(səs: 1)
Son zamanlar oğlanlarımız nədənsə qızlarla tanış olmaqdan görüşməkdən,eləcə də evlənməkdən yaman çəkinirlər...«Necə tanış olum,axı...Cibimdə 5 manatım yox»...
Deyəsən,qızdan söz düşəndə oğlanların gözündə qadın silueti yox,pul kisəsi canlanır.

Bu işdə günahkar kimdir?Qızlar,yoxsa oğlanlar?

Qızlardan soruşsan,deyəcəklər: «Bizim üçün əsas pul deyil.Əsas məhəbbətdir,hörmətdir.Pul olmasa da olar.»
Oğlandan soruşsan: «Hansı qız adama pul xərclətmir ki? Məhəbbət yalan şeydi,əgər pulun olmasa.»
Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir,amma olan yerdə.Statistikaya görə,sevgilisi olan oğlanın hər gün ən azı 2-3 manat xərci çıxır.Yox əgər həftədə 1-2 dəfə əməlli-başlı görüş təyin edirlərsə onda xərc 20-30 manata qalxa bilər.Bu rəqəmlər əlbəttə ki,sadə oğlanlara aiddir.Pulunu balta kəsməyənlərlə isə işimiz yoxdur.Qoy nə qədər istəyirlər xərcləsinlər.Siz bir qızılgüllə kifayətlənib,taksi ilə yox,metro ilə gedə bilərsiniz.Bu sizin üçün daha maraqlı olar.Restoranda naharı isə kiçik qəlyanaltı ilə əvəz edə bilərsiz.Şəhərdə belə yerlər çoxdur.Sonra da 2 bilet alıb,kinoya və yaxud teatra gedə bilərsiz.Görürsünüzmü,az xərc çəkməklə daha yaddaqalan görüşə nail olmaq olar.Hələ bilmək olmaz,çox pul xərcləməklə qızların diqqətini və məhəbbətini qazana biləcəksinizmi?

Həqiqətən də çox qızlar üçün fərqi yoxdur.Onlar heç təsəvvür etmirlər ki,oğlanlar görüş üçün lazım olan pula görə bu qədər həyəcan,narahatlıq keçirib,hətta borca girirlər.Əgər bilsələr heç görüşə razılıq verməzlər.

Oğlanlarımız,yadda saxlayın:

1.Tanış olduğun qızla hələ münasibətləri tam aydınlaşdırmamış onu pul xərcləməyə alışdırma.
2.Əgər o,özünə nəsə almaq üçün alış-verişə çıxmaq istəyirsə,düşünmədən,özünü yaxşı göstərmək üçün «bəlkə,mən də gəlim?» demə.
3.Özünü qızın yanında imkanlı,varlı-hallı evin oğlu olduğuna inandırma.Əgər bu belə deyilsə,lap pis.Yalanın ömrü pataloku 40 gün olur.
4.Qız sənin yanında nə qədər maddi problemlərdən danışsa da,ürəyi yumşaq davranıb «darıxma,pul lazımdırsa mən verərəm» demə.
5.Özünü hər görüşdə qənaətcil göstər.
6.Özün sadə geyinib,qızdan da bunu istə.
7.Qıza hədiyyə alarkən,onun bahalığına yox,mənasına,özəlliyinə fikir ver.
8.Heç vaxt qıza xərcləmək üçün borca girmə.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri