Xarizmatik kişinin 10 xüsusiyyəti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 4 146
Səs ver:
(səs: 2)
Biz “xarizmatik insan” ifadəsin tez-tez eşidirik. Bəs xarizma nədir? Qədim yunan dilindən tərcümədə, xarizma – hədiyyə, bəxş (Allahın bəxş etdiyi). “O, xarizmaya malik biridir” ifadəsi, adı gedən insanın ətrafdakılara güclü təsir bağışlaması mənasını verir.

Digər fərziyyəyə görə isə, xarizmatik biri olmağı öyrənmək mümkündür. Bunun üçün isə xarizmatik insanların xüsusi keyfiyyətlərini nəzər yetirməliyik.

1.Dinləmək bacarığı.
İnsana fikrini ifadə etməyə imkan verin, sözünü kəsməyin, diqqətlə dinləyin. Bu zaman həmsöhbət olduğunuz kəs, özünü daha rahat hiss edəcək.

2.Düzgün suallar vermək bacarığı.
Söhbət etdiyiniz insana onun maraqları, hobbisi, sevdiyi film ya musiqi haqda sual verməyiniz, ona qarşı diqqətli olduğunuzu göstərir.

3.Kompliment etmək bacarığı.
İnsanın, özünün də yaxşı bildiyi, keyfiyyətinə kompliment edin. Çalışın komplimentlərin real səbəbi olsun.

4.Vizual əlaqə qurmaq bacarığı.
Ünsiyyətdə olduğunuz zaman insanın gözlərinə baxmağınız, həmsöhbətinizdən çəkinmədiyinizin, ona maraq duyduğunuzun göstəricisidir.

5.Ətrafdakılar üçün əhəmiyyətli olmaq bacarığı.
Otağa, hansısa bir məkana girdiyiniz zaman, çalışın otaqdakıların nəzərinə çarpın: təbəssümünüzlə və ya istifadə etdiyiniz ətirlə.

6.Səmimi gülümsəmə bacarığı.
Bu özünə inamın əsas əlamətidir. Təbəssümünüz sizin vəziyyəti idarə etdiyinizi göstərir.

7.Başqalarının fikri ilə razılaşmadığını ifadə etmək bacarığı.
Etiraz etməyi də bacarmaq lazımdır. Bunu çərçivələri keçmədən, insanların şəxsiyyətinə toxunmadan etməlisiniz.

8.Dözümlü olmaq bacarığı.
İşlərinizin istədiyi kimi getmədiyi zamanda belə, insanlarda elə təəssürat yaradın ki, hər şey yolundadır. Təşvişə düşməyin.

9.Özünü təqdim etmək bacarığı.
İnamlı hərəkətlər, yeriş, duruş insanlara sizin özünə güvənən biri olduğunu göstərir. Çoxları isə məhz bu cür insanları sevir.

10.Vaxtında gedə bilmək bacarığı.
İnsanları öz varlığınızla yormayın. Xoş söhbətdən sonra sağollaşıb, başqa işlərinizi görməyə tələsin. Məhz bu zaman, varlığınız insanlar üçün əvəzsiz olacaq.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri