Kişinin şərəfli ayrılıq rəhbəri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 730
Səs ver:
(səs: 0)
21-ci əsrin birinci yarısına gəlinib amma ayrılıq sonrası çəkilən ağrıları, depresiyaları sovuşdurmaq üçün antidepresantlardan kənara çıxa bilinməyib. Elm insanları, sizə səslənirik; laboratoriya yan gəlib yatma yeri deyil.

Bəylər, o xarizmatik və buzlu xarici görünüşünüzün altında, pambıq kimi ürəklər yatır və bu ürəklər, bəzi bəzi hallarda qırılıb incinə bilinir.

Kişinin şərəfli ayrılıq rəhbəri;
İlk addım, yaxın dostlarla alkol qəbulu: içincə açılır insan. Duyğularla və peşmanlıqlarla üzləşmək kimi qadına xas işlərinizi o vaxt toparlayın ki, sonra ayaq bağı olmasınlar. Qorxmayın, bu müddət ərzində ağlaq musiqilərə meyliniz, cəmiyyət tərəfindən anlayışla qarşılanacaq.

Xatirələrdən təmizlənin;
Ondan qalan əşyaları yalnız atmaqla qalmayın, atmadan əvvəl geyin və özünüzə aynada bir baxın, heç yaraşırmı? Yox! Mütləq ki, bir səhvi vardır xanımın. Onu yaddaşınızda “ən pis anları”yla xatırlayıb, bir canavar yaradın.

Ağrını başqa bir ağrıyla unutmağı test edin;
İnsan o ayağındakı sərçə barmağını bir küncə yaxşıca çarpdımı, nəinki köhnə sevgilini, adını belə unudur qəflətən. Zarafat bir yana, kim bilər nə etdiniz də qaçırdız qadını, niyə də olmasın?

Kraliça Elizabethin dönüşü;
Boşalma sonrası gələn 15-20 dəqiqəlik yadlaşma hissi “Köhnə sevgili kimdir? Burax getsin! ” deyilir. İş bu nöqtədən sonra hadisəni başqa qadınlara yönləndirməkdədir.

Maraqlarınıza əl atın;
Blog açın, kursa yazılın, at minin, maket və ya yemək edin. Varsa itiniz və ya uşağınız, lazım olsa ikisiylə birdən maraqlanın.

Özünü işə gücə verin;
Şəxsi həyatınızın mayası tutmamışsa, kimin vecinə? İş həyatınızda bir şahin olmasınız, insanların sizə yağdırdığı, qadınların diqqəti sizin ağrılarınızı tez sağaldacaq, axı siz hər kəsə lazımsınız.

Əsla amma əsla!
Spirtli vəziyyətdə zəng etmək: Artıq ağıllı telefonlarda “sərxoşkən zəng etməmək aplikasiyası” var. Qoşun və müasir dünyanı qucaq açın. Köhnə sevgilinizi əsla sərxoşkən axtarmayın və xüsusilə üç nöqtəylə bitən mesajlar atmayın.

Sosial mediada fəryad və fəğan;
Kütlələrin Facebook’a “diksin butonu” istəməsinə səbəb verməyin.

Erkəklikdən tərk olmayın;
Tərk edilmiş olmanız, erkəklikdən tərk olmanızı tələb etmir. Köhnə sevgilinizi pozğun kimi izləməyi, evinin qarşısında səhərləmək, onun yeni sevgilisiylə yumruqlaşmağı ağılınızdan çıxardın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri