Kişilərə ilk görüş üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 392
Səs ver:
(səs: 0)
Randevunu planlaşdırın!
Bu yalnız ilk görüş üçün keçərli deyil. Çıxdığınız hər görüşü əsas xətləri ilə beyninizdə planlaşdırmanız lazımdır. Hara gedəcəksiniz, nə qədər zaman sərf edəcəyinizi yaxşı planlaşdırın. Hər ehtimala qarşı bir, ya da iki dənə ehtiyat planlaşdırma aparın. Hər şey planlaşdırdığınız kimi getməyə bilər.

Romantik bir məkana getməyin! Masanın ortasında yanan şamlar və artıqlaması ilə afil yemək dəstləri arxayınlaşasınız mane olacaqdır. İlk görüş da belə bir şəraitə girmək sizi və qarşınızdakı xanımı stressə salaraq dialoq yaratmanızın qarşısını alacaqdır.

Ünsiyyət qura bilmədiyiniz yerlərə getməyin! İlk görüşdə ünsiyyət qurmaqda çətinlik çəkəcəyiniz gurultulu, ya da çox səssiz məkanlardan uzaq durun. Konsert, diskoteka, kino, teatr kimi bir məkanda nə qədər əlaqə saxlaya bilərsiniz? Belə bir şəraitdə ünsiyyət qurmaq qeyri-mümkün hala gəlir.

İlk görüşdə dostlarınız olan yerə getməyin! əks təqdirdə özünüzü söyüş söyülən, kobud zarafatlarının keçirildiyi bir şəraitdə tapa bilərsiz. Özünüzü daha rahat hiss edə və qarşı xanımla rahat ünsiyyət qura biləcəyiniz bir məkan seçməyə diqqət göstərin!

Görüşə hazırlaş!
Gündəlik şəxsi qayğınızı etinasızlıq etməyən baxımlı bir kişi olduğunuzu fərz edirik. Yenə də ilk görüşə getmək üçün evdən çıxmadan əvvəl aşağıdakıları etdiyinizdən əmin olun.
Sarımsaq və soğan kimi ağız qoxusuna səbəb olacaq yeməklər yemədiyinizdən əmin olun. Hər bir halda dişlərinizi təmizləyin. Daha yaxşı bir təsir üçün nanəli saqqız və ya nanəli şəkər istifadə edin.
Təraş olun, ya da saqqal saxlayırsınızsa səliqəyə salın.
Duş alın. Hər şeyi bizim açıq deməyi gözləməyin əgər lazımdırsa qoltuq altı və genital bölgə təmizliyində edin.
Paltar seçimində özünüzü yaxşı hiss etdiyiniz geyiminizi seçin. Əlbəttə, gedəcəyiniz yerə də uyğun olmasına diqqət yetirin.
Saçı saqqalı son bir dəfə düzəldin. Saçınızı normalda necə qurursunuzsa yenə eyni şəkli istifadə edin. Bu barədə qeyri-adi zaman xərci lazım deyil.
Pul qabınızı yanınıza aldığınıza əmin olduqdan sonra hazırsınız. Hər ehtimala qarşı xərci düşündüyünüzdən daha çox götürməniz yaxşı olacaqdır.
Özünüz olun!
Qarşınızdakı xanıma təsir göstərmək və ikinci görüşə razı salmaq üçün ilk görüş ilk və sonuncu şansınızdır. Bu şansı yalanlarla itirmək istəməzsiniz. Maddi və mənəvi məsələlərdə, o cümlədən karşınızdakini aldatmağa çalışmayın. Nə demişlər "Yalançının şamı işa vaxta qədər yanar".Gec ya da tez dediyiniz yalanlar ortaya çıxacaq və ya qarşınızdakina təsir etmək üçün etdiyiniz hərəkətlər başa düşülür. Bu vəziyyət tərk edilməniz mənasına gəlir.

Özünüz olun deyəndə, gəyirmək, burun qurcalamaq kimi ümumiyyətlə etiket qaydalarına zidd davranışlar nümayiş etdirməyin.
Jarqonlarla və söyüşlü danışmağın.
Cinsi zarafat mövzularəna girməyin.
İş, pul və ailə mövzusunda məzmunlardan uzaq durun. Maddi baxımdan zəngin də ola bilərsiz,ancaq hava lovğa-lovğa danışmağın.
Kompliment etməyin demirik, amma dozanı qaçırmayın.
Heç ilk görüşdə "Səni sevirəm" deməyin!

Sifariş və sonra bilməyiniz lazım olanlar var.
Gedib bir kafe və ya restoranda oturdunuz. Zaman sifariş verməyə gəldi.

Bilmədiyiniz yemək və içkilər sifariş etməyin.
Şorba içmək həqiqətən böyük bir məziyyətdir. İlk görüşdə böyük ehtimalla görəcəyiniz səhvlərdən biri şorba sifariş etməkdir.
Gələn sifarişin çox isti olduğunu unutmayın. Sifarişinizə kiçik bir miqdar alıb dadın. İstiliyi və dadının sizə uyğun olduğundan əmin olun.

Görüş sonrası
Ona evinə qədər müşayiət etmək istədiyinizi deyin. İstəməsə çox israr etməyin.
İkinci görüşü qoparmağın tam vaxtıdır, gedin göstərin özünüzü. Hər şey yolunda getdisə böyük ehtimalla müsbət bir cavab alacaqsınız.

Yaxşı gün keçirməyiniz arzusu ilə, bol şanslar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri