Şorgöz kişilər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 690
Səs ver:
(səs: 2)
Ətrafımızda vaxtaşırı əlaqə içərisinə daxil olacağımız kişilərlə bağlı təşviş halları ilə qarşı-qarşıya qalırıq. Bu kimi hallarda qarşımızdakı adamın şorgöz bir kişi olub olmadığını necə dərk edək sualımıza cavab olaraq bunları ağlımızdan çıxartmamalıyız. Eşqbaz kişilər adətən cool görünürlər. Ətraflarındakı heç bir şeyi heç kəsi veclərinə almırlarmış kimi onlarla heç vaxt işləri olmuş kimi davranırlar və qarşılarındakı insanlara belə bir imic verirlər. Amma ətraflarında əldə etmək istədikləri bir qız varsa onu əldə etmək üçün əllərindən gələni edirlər. Əgər qız onunla maraqlanmasa başqa şikarların izinə düşürlər. Zərərsiz olan bu şorgöz kişilər ətraflarında gördükləri hər bir qız ilə maraqlanmırlar.

Maraqlı söhbətlər edən və qısa hekayələri olan bu kişi tipləri malik olduqları informasiya ilə ətraflarındakı qızları marağını qazanmaq bacarığına malikdirlər. Eşqbaz kişilər özləri ilə heç vaxt lovğalanmırlar. Amma özlərinə inam hissləri hər zaman tamdır. Qarşılarındakı insanları özünə inamları ilə təsir göstərirlər. Bu kişilər qadınların qəlbinə gedən yolu çox yaxşı bilirlər və qadınları tovlayarkən bu yolu çox yaxşı istifadə edirlər. Nəbzə görə şərbət verən bu tiplər qarşılarındakı qadını necə təsir edəcəklərini çox yaxşı bilirlər. Bu kişilərin əlindən telefon heç düşməz. Sizinlə birlikdə ikən belə bir başqa qadına mesaj ata bilərlər. Özünə əminli bir yürüşə malik bu kişilər burnu havada ayaqlarını geniş açaraq yeriyirlər. Diqqəti üzərilərində toplayarkən digər bir çox kişiyə görə ayaqlarını geniş açaraq qarşınızda dayanırlar. Əllərini heç vaxt tamamilə ciblərinə salmırlar. Baş barmaqları ciblərində ikən digər barmaqları qətiyyən şalvarlarının üzərindədir. Sizin ilə göz gözə gəlməsi 3 saniyədən artıq davam etməz. Əgər sizi tovlayacağını anlayıbsa göz gözə ən çox 5 saniyə sizə baxa bilər. Diqqəti üzərinə çəkdiyini başa düşdüyü an sizin qulağınıza əyilib flirt etməyə və sizi özünə bağlamağa çalışma mərhələsinə keçir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri