Kişiniz sizi sevirmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 731
Səs ver:
(səs: 1)
Qadınlara nisbətən kişilərin sevgini fərqli göstərməsi heç kəsə sirr deyil. Qadın kişidən sevgi etirafı gözləyərkən, kişi sadəcə onun saçına sığal çəkər. Bu səbəbdən də bəzən kişiləri anlamaq çətindir. Bir kişi tərəfindən həqiqətən sevildiyinin göstəricilərini sizinlə paylaşırıq.

O, səni dinləyir və eşidir.
Gün ərzində nə qədər maraqsız mövzular və əhəmiyyəti olmayan hadisələr haqqında danışırsan? Çox! Tərbiyəli insan dinləyir, cavab verir, lakin bir o qədər də nə danışdığına diqqət yetirmir. Yox, əgər o, dostların və tanışların haqqında danışdığın hər hekayəni xatırlayırsa, həqiqətən də sənin sözlərinizə önəm verir və səni həqiqətən də eşidir. Sənə yaxın olmaq arzusu ona bütün danışdıqlarını ağlında tutmağa kömək edir. Nadir və dəyərli xüsusiyyətdir!

O, güzəştə getməyə hazırdır.
Sevən kişi doğru olduğunu bildiyi halda belə səhv olduğunu qəbul etməyə və güzəştə getməyə hazırdır. Hərçənd ki, güclü cins üçün bu əsl işgəncədir, lakin sevən kişi qadınının düşüncələrinə hörmətlə yanaşır və tərsliyini kənara qoyub təslim olmağa hazır olur.

O, hər zaman sənin üçün hər hansı əşyanı təmir etməyə hazırdır.
Sevən kişi ilə evdə kəlbətinin harda olduğunu unuda bilərsiniz. Onun üçün sizin gözününüz önündə nəyisə təmir etmək, gücünü nümayiş etdirmək və mükəmməl həyat yoldaşı olacağını sübut etmək üçün bir imkandır.

O, sənin yaxınlarınla ünsiyyətdən qaçmır.
Dostlar və doğmalar ilə tanışlıq bəzən əks cinsi qorxudur. Yalnız həqiqətən sevən kişi buna hər zaman hazırdır. Hərbçi ata, zəhmli ana – heç biri onun üçün qorxunc deyil. O, hər kəsi valeh etməyə çalışar və ünsiyyət qurmaqdan əsla çəkinməz, çünki o, səni sevir və sənin doğmlarının onun da doğması olacağı ehtimalını unutmaz.

Geyim seçərkən, sənin fikirlərin onun üçün önəmlidir.
Kişilər də bəyənilməyi sevir. Bəli, ola bilər ki, o sənin zövqlü olduğunu və dəbdən anladığını düşünür, lakin əgər kişi bu gün necə göründüyünü səndən soruşursa, və ya hər hansı detalı bəyənib bəyənmədiyin onun üçün maraqlıdırsa, demək ki, o, özünü sənə bəyəndirmək istəyir.

O, sənin işlərini həll etməkdən məmnundur.
Maraqsız, amma vacib işlər həyatımızın bir hissəsidir. Əgər kişi səninlə bankları, butikləri gəzir və ərzaq alış-verişlərində belə tək qoymursa, bu səninlə darıxmadığının, yanında bol-bol vaxt keçirmək istədiyinə işarədir. Mükəmməldir, deyilmi?

O, səni sevindirmək üçün yemək hazırlayır.
Kişi sənin üçün yemək hazırlayır? Bu dəqiq sevgidir! Əksər hallarda kişi üçün yemək hazırlamaq komfort zonasından kənara çıxmaq deməkdir və o, bunu sənin üçün etməyə hazırdır.

O, səyahət planlayır və görüşlər haqqında əsla unutmur.
Bir çox kişi spontan hərəkət edir, qadınlar isə əksinə – planlı hərəkət edir, lakin aşiq bir kişi bütün ehtimalları nəzərə alır, öncədən qeyri-adi tədbirlər görür və sürprizlər hazırlayır. Və bunların hamısı səni sevindirmək üçündür. Eşq budur!

Sıradan günlərdə belə sənin çox gözəl olduğunu düşünür.
Etiraf et, bəzi günlərdə gözlərinin altında torbalar və ya yanağında anidən yaranan sızanaq kefini pozur, dərinin tonu isə heç ürək açan olmur. Sevən kişi bunların heç birinə baxmayaraq sənin necə gözəl olduğunu dəfələrlə vurğulamağa hazırdır. Axı o, səni görünüşünə görə deyil, ruhuna görə sevir və sizə bir sirr verək: əslində o, heç bir qüsurunu görmür belə.

Sənin üçün fədakarlığa hazırdır.
Sənin üçün vacib görüşlərini təxirə salırması, sənin sevindirməyə can atması nə deməkdir, bilirsənmi? Bu onun həyatında sənin bir öncəlik olduğunu göstərir.

O, sənin nailiyyətlərinlə qürur duyur və ən dəlisov fikirlərini belə dəstəkləyir.
Sevən kişi qadınının uğurlarını öz uğuru kimi qəbul edir və o, heç bir zaman səninlə rəqabətə girməz, paxıllıq etməz. Gecənin bir yarısı canın şokolad çəkərsə, Hindistana səyahət etmək istərsənsə o, sadəcə sənin arzularını həyata keçirməyə çalışar. Eşq deyilmi?

O, sənə görə narahat olur və sevginiz üçün vuruşur.
Mübahisə zamanı, qısqanclığının baş qaldırdığı, narazı olduğun anlarda o, münasibətinizdə yenidən mehribanlıq və sevginin hökm sürməsi üçün əlindən gələni deyil, daha artığını etməyə hazırdır və bunların hamısı səni itirməkdən qorxuğu üçündür. Həyat nə gətirir gətirsin, sevən kişi hər zaman yanında olacaq. Xəstə olduğun zaman qayğına qalacaq, kədərli olduğun zaman səni güldürəcək, çünki o, bütün həyatını sənin yanında keçirmək istəyir.

O, zəif görünməkdən qorxmur.
Kişilər üçün zəiflik göstərmək – əsl işgəncədir, lakin o səni sevirsə, filmə baxarkən yanında göz yaşı yaxıtmaq, gərgin iş günündən sonra yorğun olduğunu söyləmək onun üçün utandırıcı deyil. Ən əsası isə o, səni itirməkdən necə qorxduğunu etiraf etməkdən çəkinmir, çünki sən onu həm zəif, həm də güclü edirsən.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri