Hər kəsin sevimlisi olan Fashion Blogger İconmekh ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 16
Baxılıb: 29 306
Səs ver:
(səs: 25)
Uzun zamandan sonra yenidən fərqli və bir o qədərdə maraqlı müsahibəm ilə Qadınla. com saytımızın gözəl qızları sizinlə bölüşəcəm. Amma Müsahibə apardığım şəxs bu dəfə saytımızdan deyil (İnstagramın sevilən Fashion Bloggeri, Stylist"i) Olan İconmekh ilədir. Sözü çox uzatmadan buyurun keçid edək maraqlı müsahibəmizə.

1. Salam Instagramın hər kəsdən tərəfindən sevilən bloggeri Mehin xanım digər (Instagram adı ilə İconmekh). Özünüzü tanıdmaya nə deyirsiz? Sözsüz sizi tanımayan ola bilməz amma birdə özetlemekdə fayda vardır. (yaşınız, təhsiliniz)
Salam əvvala. Əlbəttdə tanıdaram. Oktaylı Mehin İlham qızı, 21 yaşım olacaq artıq mayın 8:) Kievdə finans üzrə oxuyuram.

2. 73,6K izləyici göstəricisidi ki, hər kəs tərəfindən sevilən bir bloggersiz. Asand deyil ekran arxasından səmimiyyətini izləyicilərinə hiss etdirmək və bu qədər baxış sayı yığmaq, bu sahədə irəlləmənizə, yüksəlmənizə dəstək çıxan oldumu?
Çox sağolun! Bir söz vardır xalqın gözü tərəzidir, mən olduğum kimiyəm və əminəm ki, sevilməyimə ən çox səmimi olmağlm kömək oldu. Əlbəttdəki ilk növbədə ailəm daha sonra dostlarım dəstək oldular.

3. Bir logger olmaq istəyi sizdə nəcə formalaşdı? Kimlərəsə baxıb üzərinizdə işləməyə qərar verdiz ya həmişə hər kəs tərəfindən sevilməyi arzulamısız?
Bəli gər kəs tərəfindən sevilməyi həmişə isdəmişəm, amma kiməsə baxıb üzərimdə işləməmişəm çünki mən blogger olmağı qərarlaşdıranda İnstagramda bu qədər blogger yox idi sadəcə iki nəfər idi.

4. Bir geymi kombinləşdirmək, rəng uyğunluğunu seçim etmək, fikrimcə çətin olmalıdır. Və əsasəndə fotolar üzərində işləmək çox zaman fotoqraflara əmanət etsəzdə bəzən özünüzdə öz fotolarınız üzərində işləyirsiz deyə düşünürəm. Hər dəfəsində commentlərdə aldığınız sual (gözəlsiz) cümləsiylə birlikdə "Hansı effekti" verirsiz sualları olur)) Bəs bezdirmirmi sizi bu suallar?)
Yox əslində çətin deyil, yəni mənin üçün deyil, əksinə zövq verir mənə. Xeyr bezdirmir))

5. Geyimlər necə? fotosessiya etmək üçün mağazalardan götürülürmü ya alınırmı?) Hər nə qədər kənardan xoşagəlməz sual olsada əminəm bir Azərbaycanlı millət olaraq bütün qadınları maraqlandıracaq sualdan bəlkədə ilkidir. Nədə olsa sevirlər filankəs "belədidə ona nə var" deyimlərini))
Bu işə başlayanda hər şeyi öz büdcəmlə etmişəm, hər geyimə pul ayırmaq falan hamısı özümdən, amma səhifəm artandan sonra elə səhifələr olurdu ki, geyim göndərirdilər reklam edirdim, təbii bu günlərə gəlmək elədə asand olmayıb hər nə qədər kənardan asand görünsədə.

6. 5'cü sualımın son sözlərinə əsaslanaraq yenədə o tərz sözlərimlə birgə sualım olacaqdır. Qınamağı sevən millətik düzü ilədə səhfi ilədə, təki nə olursa olsun Qınayaq kəlmələri Millətimizin beyninə həkk olunub. Siz necə düşünürsüz bu barədə? Xaricən Avropalaşsaqda məhz nə səbəbdən daxilən (ağıl) cəhətdən formalaşmağı bacarmırlar?
Təəsüf ki , bəziləri elədi ön yargılı yanaşırlar hər şeyə, soruşsaq hər kəs müasir düşünür amma bir səhfimizi görsələr sırazı qınayarlar, necə deyərlər? Bizdə var yıxılana balta vurmaq:)

7. Sizi necə?, məhz bu sahədə irəllədikdə Qınayanlar oldumu? Ağız-burnunu əyib qarşı çıxanlar yoluva daş atanlar qarşınızı kəsmək arzusunu yaşaya bildilərmi?
Yaxşı ki, olmayıb:dua:

8. Çox gözəl dostluğunuz vardır, tədqirə layiq bir çoxlarına örnək olacaq, dostluğa sahib çıxacaq xarakteriniz var. Gözəl dostlarınızdan biridə leila_land'dır. Amma sizdən fərqli olaraq dostlarına xəyanət edən Qızlarımızda az deyildir. Siz necə düşünürsüz bu mövzu haqqında, dosta xəyanət nədən irəli gəlir(Paxıllıqmı ya dostunu sevməkmi?))
Şükür ki, mən dostlarımdan zərbə almamışam, inşAllah bu davamlı olar. Bəli mən dostlarıma necəyəmsə onlarda mənə elədi. Hər bir dostumun yeri var həmçinin Leylanında. Dosta xəyanət əlbəttdə xəyanətdən irəli gəlir. Dost sevmək elə olmur, dostunu sevən onun üçün ən yaxşısını etməyə çalışar. Şəxsən mən eləyəm onları xoşbəxt görəndə özümdə xoşbəxt oluram.

9. İndi tamamilə başqa mövzuya toxunacam. Bir neçə gün öncə Atanızla bağlı bir paylaşım gördüm. Həqiqətən çox kövrəltdi yazılarınız məni(Atasına bağlı bir qız olaraq) Bəlkədə bu mövzu haqqında sözlərinizi bölüşmək istəmərsiz, bu sizin doğal haqqınızdır. Amma yenədə Valdeynlərinə hörmətsizlik edən bəzən valdeynlərini günahkar, haqqsız görən övladlara fikirlərinizi bölüşməkdə fayda vardır, valdeyn dəyərinin nə qədər önəmli olduğunu anlamaları üçün...
Bəli Atamı 2013-cu ilin oktyabr ayında itirdik. Atama o qədər bağlı biri idim ki, atamı itirənə qədər həyatımda heç kim olmamışdı, sadəcə Ata sevgisi ilə böyümüşdüm, yalnız atamla nəfəs alırdım. Atamı itirdikdən sonra artıq böyümək vaxtı olduğunu anladım, artıq bir dayağım yoxuydu. Mən sadəcə onu deyə bilərəm ki, Valdeynlərinizin qədrini bilin bir gün gələr üzlərini yox sadəcə qəbrini öpə bilərsiz, bax o zaman vaxtında dəyər sevgi vermədiyiniz üçün peşman olarsız. Bu haqqda o qədər sözlər yazardım ki , amma çox yazıb bezdirməm istəmirəm.

10. "Bir insan onu incidən şəxsə qarşı gülümsəməyi bacaran zaman böyüyür"-sözləri ilə razısınızmı? Sizcə sevgi bir qadını acizmi edər ya qürurlumu?
Bir insan onu incidən şəxsə güldüyü zaman həm böyüuər həmdə sevdiyini hiss edər çünki biz qadınlar eləyik ki, bizi incidən insanlara qarşı heç zaman gülmərik amma güldüyünüz insan sevdiyinizdisə gülüb keçərik) Sevgi qarşısında hər insan acizdir :)

11. Mehinin güclü edən nədir desəm nələri qələmə alıb yazmaq istərdiz?
Mehinin güclü edən atasından sonrakı həyatı oldu. Düzdü əvvəldə elə idim, qardaşım olmadığl üçün Atam məni oğlan kimi böyüdüb hər şeyə qarşı möhkəm dik durmağı o öyrədib. Amma insanın dayağı olmayandan sonra məcbur güclü olmağı öyrənirsən.

12. Axx bizim yaşlı və orta yaşda(xala, bibi, nənə) olan qadınlarımız, qızın ki, bir yaşa çatıb evdə qaldığını görsə "Aha" siqnal işləyir beyinə və "Evdə qaldı etiketi yapışdırılır qızın adına" Birdə yolda keçib Salam versən söhbət nə olursa olsun gətirilib çıxardılacaq "Qızım hələdə evdəsən, haçan gedəcəksən ərə" suallarına)) Cəmiyyətimizdə böyüdülən Qız nədə olsa"Ərə verilməlidir"düşüncəsi ilə yaşayır(bu düşüncə indi şükür az saydadır əvvəlkinə nisbətən) Mehinin qarşısı kəsilsə necə olur ərə gedirsənmi ya kareyanı yüksəltməyin üzrə sual atəşinə tutulursuz?)
Əksinə məni kim görsə deyəcək haçan gedirsən Azərbaycandan?) Artıq səni xaricdə görmək istəyirik, çünki məni tanıyan bilir ki, evlənmə həvəsində olan biri deyiləm, əksinə öz ayaqlarım üstündə durmağı öyrənməyincə ailə həyatı qurmağ düşünmürəm və bu düşüncəmi öz yaxınlarımın beyinlərinə yedirtmişəm) ona görə mənə elə sual vermirlər yaxşı ki) versələr cavablarınıda alacaqlar onsuz))

13. Xəyanət dedikdə ağılda müxtəlif mövzularda düşüncələr formalaşır (Dost, sevgili, ərin, arvadın və. s) Bəs sizə xəyanətlə bağlı sual qoysam ilk nəyi düşünüb yazmaq istərdiz?
Xəyanət dedikdə ağlıma sevgi gəlir təəssüf ki.. )

14. İnsanlar vardır özünü sevər qüsurlarını gizlədər, insanlar vardır özgəsini sevər qüsurları ilə sevilməsini istər. Mehin xanım necədir bu mövzuda?
Həm özümü sevirəm həm özgəsini) Və qüsurlarım ilədə sevilirəm)

15. Bəs özünüzdə sevmədiyiniz xusisiyyətləriniz varmı?
Bəli var, təəsüf ki, kinli olmağı bacarmıram. Kaş ki, kinli olardım bəzi insanlara qarşı bağışlamağı bacarmayardım. Çünki bəzi insanlar bağışlamağı haqq etməzlər. Amma məndə o ürək yoxdu pisliyi tez unuduram, amma yaxşılığı heç unutmuram.

16. "Geri döndürən gördünmü keçmişi, Boşa soldurdun o nazlı gəncliyi, Bir ovuc torpaq üçün yor özünü, Dünyada ölümdən başqası Yalan"-doğrudu deyə düşünürəm çox zaman yazılan sözlər, Amma bu həyata boş baxsan onsuz yaşamağın mənası olmazdı.. Bəs Mehin xanımı hansı ümidlərdir həyata bağlayan?
Ümidlərim çoxdur və gələcəyin məhşur insanlarından biri olmağı ümid edirəm və o hiss içimdı var bəlkədə məni həyata bağlayan o hissdi çünki bu hiss uşaqlıqdan məndə var idi) Həmişə evdə mamama deyərdim ki, böyüyəcəm məhşur olacam sənə ev alacam iş görməyə qoymayacan))

17. Kimiləri göz yaşlarını gizlətməyi sevər, kimiləri isə göz önündə hər kəsin görməsini istər. Qadın vardır gecə onun dostudur, bəziləri üçünsə gündüz onun sirdaşıdır. Çünki gecə göz yaşı axıtmağdan qorxar. Göz yaşı axıtdığınızda nəyi seçim edirsiz, gecənimi-gündüzümü, tənhalığımı-dostlarımı?
Mən nə qədər deyib gülsəm, pozitiv olsamda içimdə ki, Mehin həmişə gecəni seçib, çünki gecə elə bir şeydi ki, o anları tək qalırsız və hər şeyi göz önündən keçirdirsiz bu gün nələr elədim, nələr keçirdim hər şeyi və mən gecəni çox sevirəm.

18. leila_land və hllyblog-blogger olan dostlarınız ilə tanışlığınız məncə bir çox xanımlara maraqlı gələcəkdir. Qısa şəkildə yazmağa nə deyirsiz?)
Leila və Həmayillə İnstagramdan tanışıq, Leila ilə maraqlı tanışlığımız olub, bir gün story paylaşmışdım sevgiyə aid gecə 2-3 idi səhf eləmirəmsə, görürəm leila yazıb "Mehin sevgiyə inanırsan" məndı cavab olaraq əlbəttdə yazmışdım və ondan sonra dərdləşdik, əslində bir birimizi heç yaxından tanımırdıq amma o gecə bir birimizə hər şeyi dedik və elə oldu ki , səhəri görüşdük. Mənk sevgilimlə barışdırmağa çalışmışdı məndən xəbərsiz)) Yəni onun belə gözəl qəlbi var, özündən öncə ilk dostunu düşünər ona görə Leilanın yeri başqadır.

19. Bildiyim qədəri ilə qarşıdan ad gününüz gəlir)) Bütün öhdəlikləri dostunuz (Anar) bəyə həvala etmisiz) Necə bir hissdir həmən günün özəl insanı olmaq, və əsas dostlarınızdan gözlədiyiniz bir hədiyyə varsa buyurun burda qeyd edin öncədən))
Bəli, bəli ad günüm gəlir)) Anar yazığ mənlə birgə hazırlaşır ad günümə)) Dostlarımın yanımda olmağı bəs edər deyərdim amma demirəm)) çünki hədiyyə almağıda, verməyidə çox sevirəm))
Həə deməli Anar, Leyla Aynur və Firuzə bu 4'lünün hədiyyələri çox maraqlıdı)))

20. Vəə gəlib çatırıq sona, sizinlə həmsöhbət olmaq, müsahibə götürmək çox xoş oldu, hətta o qədər ki, müsahibənin suallarını dahada çoxalda bilərdim)) Sadəcə sizi yormaq istəmədim, həmçinin müsahibəni oxuyan Qadınla.Com saytımızın qızlarını da.
Sonda burdan Qadınlara, Gənc qızlarımıza arzularınız, sözləriniz, bir blogger olaraq demək istədikləriniz varmı? Buyurun yazın


Mənədə sizin suallarınızı cavablandırmaq çox xoş oldu. Həqiqətən suallarınız çox maraq idi, bu qədər sualları necə cavablayacam deyirdim amma o qədər həvəslə yazırdım deyə necə vaxt keçdi bilmədim buna görə təşəkkür edirəm.
Burdan demək istərdim ki, pozitiv olaq, mehriban olaq və insanlara qarşı ön yarqılı olmayaq. Hər birinizə gözəl həyat arzulayıram və hər bir xanım xoşbəxt olmağa layiqdir.! O qədər xoşbəxt olun ki, başqaları yadınıza düşməsin.

Müsahibəni və sualları bəyəndizsə nə xoş mənə. Və əsasəndə bütün işinizə, vaxt məhdudluğuna rəğmən cavablar heç bir gün belə keçmədən mənə təhvil verdiz. Təşəkkür edirəm sizə sizinlə həmsöhbət olmaq xoş oldu mənə. Sonda sizə arzum bir gün istədiyiniz yüksəkliklərdə yer alasız İnşAllah.

Mehin xanımı instagramda izləmək istəyənlər üçün link

Qızlar buyurun Mehin xanımın fotoları ilə tanış olun.


Hər kəsin sevimlisi olan Fashion Blogger İconmekh ilə maraqlı müsahibəm













(səs: 25)
Şərhlər: 16
Baxılıb: 29 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri