Səidə Dadaşova qəzaya düşdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 11 788
Səs ver:
(səs: 2)

 

Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Dadaşovanın ayağı sındı. 

Müğənni Səidə Dadaşova motosikletdən yıxılaraq xəsarət alıb. Bu barədə məlumatı müğənninin həyat yoldaşı Səlcuq Sami Gökgöz verib. 

Dediyinə görə, xanımı Səidə Dadaşova ilə birlikdə motosikletlə gəzirmişlər. Motosiklet yolda hərəkət edərkən onların qarşısına maşın çıxıb və qəzaya uğrayıblar. Maşınla toqquşan motosiklet aşıb və yerdə bir neçə metr sürüklənib.

Səidə və həyat yoldaşının başında qoruyucu şlem olduğundan, başlarından xəsarət almayıblar. Amma Səidə Dadaşova sol ayağının topuğundan xəsarət alıb. Müğənni xəstəxanaya aparılıb və məlum olub ki, onun ayağı sınıb. 

Xəstəxanada ayağına gips qoyulan Səidə Dadaşova evə buraxılıb. Həyat yoldaşı isə qəza zamanı xəsarət almayıb. 

S.Dadaşova hazırda evindədir. O, altı həftədən sonra İzmirdə səhnəyə qayıtmaq niyyətindədir.

Səlcuq Sami isə qəzadan təəssüfləndiyini dedi: "Mən 23 ildir motosiklet sürürəm, amma bu, ilk qəzam idim. Səidə xanıma çox böyük keçmiş olsun. Mən bir də belə bir məsuliyyəti üzərimə götürüb, xanımımı motosikletə mindirmərəm. Çünki onun həyatını bir daha təhlükəyə atmaram. Şükürlər olsun ki, Allah bizi qorudu. Uzun illərin təcrübəsinə baxmayaraq, həyatımda ilk dəfə idi qəza keçirirdim, amma bir daha motosiklet sürməyəcəm” – deyə S.Dadaşovanın həyat yoldaşı fikirlərini bölüşdü.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 11 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri