“Rusiya gözəli” həbs edildi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 990
Səs ver:
(səs: 3)
 
Keçmiş "Rusiya gözəli” Anna Malova Nyu-Yorkda həbs edilib. 
O, dərman preparatlarının qanunsuz yolla əldə edilməsi və saxlanılmasında ittiham olunur. Manhetten prokurorluğunun məlumatında deyilir ki, keçmiş gözəllik kraliçası onu müalicə edən həkimlərin kabinetlərindən oğurladığı reseptlərlə güclü təsirə malik ağrıkəsici preparatlar alıb. Həkimlər reseptlərin itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər, Anna Malova isə aptekdə dərman alarkən həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Anna Malovaya qarşı analoji ittihamlar 2010-cu ilin mayında da irəli sürülmüşdü. O, həmin vaxt apteklərdən birindən oğurluq reseptlə dərman almışdı.

Anna Malova 1998-ci ildə "Rusiya gözəli” titulunu qazanıb. O vaxt 26 yaşı olan rusiyalı gözəl "Dünya gözəli” müsabiqəsinə də qatılıb və yarımfinaladək irəliləyib. 
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri